GöZləRinə əl açası OlMuŞaM...

14 Şubat 2015
5 780
0
GöZləRinə əl açası OlMuŞaM...
GöZləRinə əl açası OlMuŞaM...



İlk baxışdan ürəyimi oynadan,
Gözlərinə əl açası olmuşam.
Əlim daha üzülübdür dünyadan,
Gözlərinə əl açası olmuşam

Axı qəlbim bu sevgidə nə görüb,
Əlim neçə dilənçiyə pay verib.
Gör axırda tale elə gətirib,
Gözlərinə əl açası olmuşam.

O gözlərə neçə gözlər ağlamış,
O gözlərsiz olur mənə yay da qış.
Umduğum nə?
Min ümidli bir baxış,
Gözlərinə əl açası olmuşam.

Haqqım yoxdur hər haqsızdan haqq umam,
Mən bir sevgi dilənçisi,məzlumam.
Bu sevgini yaşatmağa məhkumam,
Gözlərinə əl açası olmuşam.


Müəllif:Ruslan Talıb


GöZləRinə əl açası OlMuŞaM...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.