Ancaq bu Sevgiyə Ümidim Qalıb....

21 Şubat 2015
1 935
0
Ancaq bu Sevgiyə Ümidim Qalıb....
Ancaq bu Sevgiyə Ümidim Qalıb....



Üzmə ümüdidimi ümid yerimdən,
Ancaq bu sevgiyə ümidim qalıb.
Məhrumam mən neçə ümidlərimdən,
Ancaq bu sevgiyə ümidim qalıb.

Həsrəti əridən isti ocaqdır,
Bir evdir mənliyim sığınacaqdır.
Başında xoşbəxtlik dayanan dağdır,
Ancaq bu sevgiyə ümidim qalıb.


Bilmirdim yanında ucuzluğumu,
Qəlbinə mən deyil,nifrət sığınır.
Yatırdar ruhumun susuzluğunu,
Ancaq bu sevgiyə ümidim qalıb.

Tutmuşam kədərdən,qəmdən yükümü,
Geymişəm əynimə ölüm kürkümü.
Möcüzə gözləyən xəstələr kimi,
Ancaq bu sevgiyə ümidim qalıb.


Sənsiz həyat mənə deyildi mümkün,
Hələ daşıyıram zülmətin hökmün.
Doğar bu sevgidən taleyimdə gün,
Ancaq bu sevgiyə ümidim qalıb.

Yox sözün ölümdən dəhşətli,ağır,
Hə sözün xoş günə açılmış cığır.
Bu sevgi doğruldar özünü axır,
Ancaq bu sevgiyə ümidim qalıb.


Müəllif:Ruslan Talıb


Ancaq bu Sevgiyə Ümidim Qalıb....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.