Gül kələmi turşusu

30 Ağustos 2014
7 496
0
Gül kələmi turşusu
Gül kələmi turşusu


Ərzaqlar:

2 ədəd gül kələmi

1 ədəd acı bibər

1 baş sarımsaq

3-4 baş şüyüd qurusu

1 x.q kərəviz qurusu

1 ç.q reyhan qurusu

Duz

Hazırlanması:

Gül kələmini balaca hissələrə ayırıb, təmiz yuyuruq.Qazanda su qoyub, qaynadırıq. Qaynayan suya gül kələmini salıb, 5-10 dəqiqə saxlayırıq. Sudan çıxarıb, qaba yığırıq, soyuruq. Banka ya da tuj qazan götürüb, bütün ərzaqları qat-qat yığırıq.1 l bankaya 3 x.q duz töküb, qarışdırırıq. Sonra duzlu suyu gül kələminin üstünə tökürük.Gül kələminin üzünə çıxana qədər duzlu su hazırlayıb, əlavə edirik.
Təxminən 2-3 həftəyə yeyilməli olur.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.