“Bu yazı dünyanın ən gözəl qadınına həsr olunub"

30 Ağustos 2014
1 347
0
“Bu yazı dünyanın ən gözəl qadınına həsr olunub"
“Bu yazı dünyanın ən gözəl qadınına həsr olunub"


Heydər Əliyev Fondunun vitse-prezidenti, ölkə başçısının qızı Leyla Əliyeva baş redaktoru olduğu “Baku” jurnalının yeni buraxılışında ön sözü anası, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya həsr edib.

L.Əliyeva dərginin bu nömrəsinin onun üçün önəmli, özəl və məsuliyyətli olduğunu deyib:

“Bu yazı Azərbaycanın birinci xanımı, dünyanın ən gözəl qadını, mənim anam və rəfiqəm Mehriban Əliyevaya həsr olunub. Sözlərlə ona olan hisslərimi ifadə etmək asan deyil: böyük sevgi, heyranlıq və hörmət… Hər zaman onun qızı olmağımla fəxr etmişəm. Bütün dünya onu gözəl və eleqant qadın kimi tanıyır. Onun özü tərəfindən icad edilən, mənə və bacıma örnək olan təkraredilməz stili, individuallığı, dəyər veriləcək gerçək gözəlliyi var. Onun möhtəşəm üslubu təkcə geyimlərində əks olunmur. O, hər şeydə əks olunur – hərəkətlərində, istedadında… Böyük enerji ilə özünün iri layihələrini gerçəkləşdirir, insanları hiss etməkdən, ona ehtiyacı olanlara yardım əli uzatmaqdan yorulmur. O, həyatı daha da gözəlləşdirir. O, qərarlıdır, qorxmazdır, yorulmayandır. Hərdən bu söz “cəsarətli” ilə əvəzlənir. O əsl qadın təcəssümüdür. Özümü tanıyandan anam həmişə bütün hallarda, hətta ən gərgin hadisələrdə belə öz varlığı ilə sakitlik və rahatlıq yaradıb. Düşünürəm ki, Allah onu bu dünyaya bizim planetdə mehribanlıq yaratmaq missiyası üçün göndərib. Bizim hər birimiz anamızı sevirik. Bu, özəl, heç nə ilə qarşılaşdırılmayan hissdir. Bu, sevgidir – yaşından asılı olmayaraq, hər övlada güc verəndir. Xeyriyyə işləri çərçivəsində insanlar Birinci xanımın işlərinin bir hissəsini görür və ya heç görmür. Bu gün o uşaqlığımda olduğu kimi mənim üçün yer üzünün ən sevimli, ən gözəl insanıdır. Ad günün mübarək, ana!”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.