Niyə bikefsən?

27 Şubat 2015
1 516
5
Niyə bikefsən?
Niyə bikefsən?


Niyə bikefsən?? Hz. Adəm (a.s) kimi cənnətdənmi uzaqlaşdın?
Niyə bikefsən???Hz. İbrahim (a.s) kimi oda atıldın?
Niyə bikefsən???Hz. Zəkəriyya (a.s) kimi mişarla kəsildin?
Niyə bikefsən??? Hz. Yusif (a.s) kimi quyuyamı atıldın?
Niyə bikefsən???Hz. Muhamməd (s) kimi Taif'də daşlandınmı, belinə içalatmı qoyuldu namaz qılanda, dişinmi qırıldı, hicrətəmi çətinlik çəkdin, sevdiklərindənmi ayrıldın?
Niyə bikefsən??? Hz. Həmzə kimi burnun, qulağınmı kəsildi?
Niyə bikefsən??? Hz. Abbas kimi qollarınmı kəsildi?
Niyə bikefsən???İmam Huseyn kimi ox, nizə və qılınc zərbələri ilə yaralandınmı?
Niyə bikefsən??? Emmar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?
Niyə bikefsən??? Bilal-ı Həbəşi kimi qızmar qumlara yatırılıb, üzərinə daşlarmı qoyuldu?
Niyə bikefsən??? Yunus peyğəmbər (a.s) kimi dənizəmi atıldın?
Niyə bikefsən??? Eyyub peyğəmbər (a.s) kimi vücudunu yaralarmı bürüdü?
Niyə bikefsən???
Nə düşünürsən, dünyalıq işlərmi? Kədərlənəcəksənsə, namazını qəzaya saxladığın üçün, birinin qəlbini qırdığın üçün kədərlən.. Kədərlənəcəksənsə, bu gün Allah üçün bir şey etmədiyin üçün, Allahi Rəsulun (s) İmamları (ə) razı edə bilmədiyin üçün kədərlən.. Fələstində, Suriyada və Dünyanın dörd bir yanında zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən.. Kədərlənəcəksənsə, bir kasıba yardım edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Afrika'da və digər ölkələrdə bir loxma çörək tapmayan, xəstəliklərə dözə bilməyən insanlar üçün kədərlən.. Kədərlənəcəksənsə, Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Peyğəmbərimizin (s) şəfaətinə nail olmamaq qorxusu ilə kədərlən.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
Allah razi olsun .......
_Rihanna_
oxumadim ama biliremki maraqlidir tewekkuler xeber ve melumat ucun ellerive sagliq
Dear..
Təsirləndime oxuyub çox saol
ASK YENİDEN
qeseng xebere gore coxxxx tesekkurler
.: Surly :.
Allah razi olsun...Cox saol
RƏY ƏLAVƏ ET