Gözəl gün keçirin

30 Ağustos 2014
1 717
0
Gözəl gün keçirin
Gözəl gün keçirin


Əgər gününüzün gözəl və rahat keçməsini istəyirsizsə bu zaman bir neçə qaydaya riayət etməniz yetərlidir.Əslində gününüzə daha da maraq qata bilərsiz məsələn,gəzintilər etməklə,dostlarla əylənməklə və s.

1. Çalışın səhərlər duş alın. Duş alarkən özünüzü rahat bulacaqsınız. İlıq bir suyun altında durduqdan sonra suyun istiliyiylə oynayın. Ancaq başınızı suyun altına qoymamağa diqqət yetirin. 10-15 dəqiqə bunu təkrarlasanız, çıxdığınızda özünüzü daha rahatlamış hiss edəcəksiniz.

2. Çalışın rejim qurun. Özünüzə rejim qurmaq həm sizin özünüzü daha rahat hiss etmənizi təmin edə biləcəkdir. Həm də ki,rejim qurduqda sizə fayda veriləcəkdir.

3. Meyvə və tərəvəz çox yeyin!
Bir çox həkimlərin fikrincə qadınların əksəriyyəti dəmir çatışmamazlığına məruz qalmışdır. Eləcə də,kişilər. Buna görə çalışın meyvə və tərəvəz bolluca istehlak edəsiniz. Tərkibində vitamin olan qidalara daha meyil göstərin.

4. Artıq suyun nə qədər faydalı olduğunu bilirik. Gündə 2-3 litr su istehlak etməliyik. Həkimlərin fikirlərindən belə nəticəyə çıxmaq olarki,su həm insana daxilən xeyirdir üstəlik su stressi də aradan qaldırır.

5. Nə sizə daha maraqlı gəlir,onuda edin.
Edilən araşdırmalara görə ən sevdiyiniz musiqiləri dinləmək və ya sevdiyiniz bir məşğuliyyətlə məşğul olmaq stressi yüngülləşdirir və yorğunluqla daha rahat mübarizə etmənizi təmin edir. Buna görə də sevdiyiniz musiqini dinləyin və ya hobbinizlə mə.ğul olun ..

6. Daha bol balıq, toyuq, pendir, paxla və yumurta yeyin.. Çünki bədən üçün lazımlı olan vitaminlər bu qidalarda var. Balıq istehlak etmək eyni zamanda bədənin seratonin ifraz etməsini təmin edir. İnsanın görməsini yaxşılaşdırır. Bu hormon da beyindəki xoşbəxtlik mərkəzini aktiv hala keçirir.

7. Rahat yatın.
Rahat yatmanızçün ilk öncə rejiminizi düzgün qurmanız yetərli. Çalışın gec yatmayın və vaxtında durun. Düzgün yatdıqda səhər də rahat oyanmanız sizin əhvalınızı yaxşılaşdıracaq. Və çalışın ki,gündə 7-8 saat yatın.


8. Gəzin.
Hərəkət edin. İdman edin. Bu sizin əhvalınızı həm yaxşılaşdıracak,həm də metabolizmaya kömək göstərəcək.İdman etməyi günlük rejim planına daxil edin.

9. Qozbel yox.dik durun!
Əyri durduqda nəyinki kobud görsənəcəksiniz,həm də ki,əzələnizin gücünü itirəcəksiniz. Ona görə həmişə dik durmağa çalışın.

10. Çölə çıxın. Səhər qalxınca edəcəyiniz ilk işiniz çölə çıxmaq olsun. Və çalışın ki ,Səhərlər çölə çıxıb idman edəsiniz. Yarım saat və ya 1 saatlıq idman sizin rahat olmanızı sağlayacakdır. amerikalı elm adamları təbii işığın beyni hərəkətə keçirdiyini və seratonin ifraz etməsinə köməkçi olduğunu söyləyir. Bu da xoşbəxtliyinizi artıracaqdır.

11. Yorulduqca istirahət edin.
Dayima iş sizin yorğun olmağınıza yönəldər. Buna görə hər iş gördükdən sonra çalışın istirahət edəsiniz. Seçim yeriniz düzgün olsun. Rahat bir otaqda işləməkdə sizin əhvalınıza müsbət təsir yaradacaqdır. Gözəl və rahat məkan,düzgün işıqlanma sizə görə olacakdır. Hər yarım saatdan sonra istirahət etməniz gərəklidir və ya işiniz bir az az olduqda 30 dəqiqəlik bir yuxu tam sizə görə olacakdır.

12. Həkimlər həyatınızdakı yaxşı şeyləri xatırlamağınız üçün sizi xoşbəxt edən şeyləri bir dəftərə yazmanızı təklif edir. Bunları oxuduqca, sizi nəyin xoşbəxt etdiyini daha yaxşı tapa bilərsiniz.

13. Şəkər çox istehlak etməyin. Sizə zərərli olacaqdır. Çalışın gündə 3 dəfə yemək yeyin. Acmadan yeməyin. və ya gec durub gec yeməyin bu sizin özünüzü pis hiss etməyinizə səbəb ola bilər. gec durub gec yemək və acmadan yemək ürəyə böyük zərərdir. Banan,qatıq və s. gündə yeyin.
14.Təmiz havaya çıxdıqda,çalışın ilk öncə parkda gəzin. Bu qısa gəzinti sizə xeyirli olacaqdır. Dərin nəfəs alın. Nəfəs alıb nəfəs vermənin əhəmiyyəti çoxdur. Dərin nəfəs alıb vermək nəfəs yolunuzu açacaq və daha çox enerji almanızı təmin edəcək.


15.- Addımlarınızı artırın. Daha çox gəzin. Ola bildiyincə hərəkətli olmağa diqqət göstərsəniz, qanın sürətli hərəkət etməsini, əzələlərə və orqanlara gedən oksigenin artmasını təmin edərsiniz. Ayrıca metabolizmanı da yaxşılaşdıracakdır. Bu da sizi rahatlaşdıracaq.

16.Tək durun.
Çalışın bir müddət tək durasınız. Tək otaqda. səs gəlməyən otaqda. Dərin nəfəs alın və ya istədiyiniz musiqini dinləyin. Qısa bir müddət tək qalmaq sizin daha yaxşı olmanızı sağlayacakdır.


Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.