Ağıllı cavab

10 Mart 2015
1 677
0
Ağıllı cavab
Ağıllı cavab
Bir vaxtlar müdrik bir qoca var idi. Qoca, hökmdarı salamlamaq üçün hər səhər hüzuruna çıxır və: «Məqsədinə çatmaq istəyirsənsə, erkən qalx!»-deyirdi. Hökmdar isə bu sözlərə görə çox narahat olurdu. Çünki gecəni əyləncə ilə keçirdiyi üçün gec yatır, səhər isə gec qalxırdı. Ona görə də qocanın bu sözləri ona həmişə təhqir kimi gəlirdi. Ancaq hörmət etdiyi üçün ona heç bir şey demirdi.
Nəhayət, bir gün hökmdar adamlarına əmr verdi və adamlar qoca səhər saraya gələndə paltarlarını soydular. Qoca evə qayıdıb başqa bir paltar geydi və sonra hər gün olduğu kimi hökmdarın hüzuruna çıxdı.
Hökmdar soruşdu:
— Bu gün niyə gec gəldin?
— Gələndə yolda paltarlarımı soydular. Mən də evə qayıdıb başqa paltar geyinmək məcburiyyətində qaldım.
Hökmdar qürurla dedi:
— Bax gördün? Erkən qalxdığın üçün başına bu pis hadisə gəldi.
Qoca gülümsəyərək cavab verdi:
— Yox hökmdar! O oğrular məndən də erkən qalxmışdılar. Ona görə də məni soymağı bacardılar.
Bu cavab qarşısında hökmdar sadəcə susdu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.