Saçların gözəlliyi üçün 4 sadə məsləhət

17 Mart 2015
2 089
0
Saçların gözəlliyi üçün 4 sadə məsləhət
Saçların gözəlliyi üçün 4 sadə məsləhət
Bizim verdiyimiz bu məsləhətlər sadə olsa da, saçlarınızın uzun illər ərzində sağlam və gözəl olmasını təmin edəcək.

1. Öz saç tipini müəyyənləşdir:
Əgər saçların yuyulduqdan sonra 5 gün keçsə belə, yağlanmayıbsa, deməli, onlar qurudurlar. Normal saçları həftədə bir və ya iki dəfə yumaq olur. Əgər siz daha çox yuyursunuzsa, deməli, yağlı saçlara sahibsiniz.

2. Saç tipinizə uyğun şampunlardan istifadə edin:
Yağlı saçlar üçün olan şampunlardan çox istifadədən qaçın. Onlar saç dərinizin yağlılığını daha da artıra bilər. Bunun əvəzində normal saçlar üçün şampunlardan istifadə edin. Ehtiyac olduğu təqdirdə, bu cür şampunla hər gün yumaq olar. Tez-tez yumaq saçların itməsinə səbəb olmur.

3. Həftədə bir dəfə yağlı maska:
Zeytun və badam yağları ilə maska saçlarınızın vəziyyətini yaxşılaşdıracaq. Saçınızın dibini barmaqlarınızın ucu ilə masaj etməklə saç dərinizdəki qan dövranını yaxşılaşdıra bilərsiniz. Yağlı maskaları bir-iki saatdan çox saxlamayın.

4. Havalandırıcılardan istifadə edin:
Saç tipinizə uyğun havalandırıcılar seçin. Bu cür havalandırıcılar 20-30 dəqiqə saçda qalmalıdır. Bu zaman saç dəsmal ilə örtülməlidir. Saçları rənglədikdən sonra intensiv müalicə üçün kollagen əsaslı havalandırıcılardan istifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.