İslam Dini Haqqında

20 Mart 2015
1 794
0
İslam Dini Haqqında
İslam Dini Haqqında

Bu gün İslam dininə bir milyarddan çox insan etiqad edir. İslamın müqəddəs kitabı Həzrət Məhəmməd (s) peyğəmbərə nazil olmuş Qurandır. Həzrət Məhəmməd (s) miladi 570-ci ildə indiki Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qüreyş qəbiləsində anadan olmuşdur. O 40 yaşında peyğəmbərlik məqamına seçilmiş və 12 il Məkkədə İslamı təbliğ etmişdir.

Miladi 622-ci ildə Məkkədən Mədinəyə hicrət etmiş və həmin vaxtdan hicri-qəməri tarix başlamışdır. 630-cu ildə Məkkə Həzrət Məhəmmədə (s) təslim olmuşdur. İslam peyğəmbəri (s) 632-ci ildə dünyasını dəyişmişdir.

Həzrət Məhəmməddən sonra 28 il müddətində müsəlmanlara dörd xəlifə rəhbərlik etmişdir: Əbu Bəkr, Ömər, Osman və Həzrət Əli (ə) 660-750-ci illərdə İslam xilafətini Bəni-Üməyyə, 750- 1258-ci illərdə Abbasilər idarə etmişlər.

İslam tarixində iki məzhəb diqqəti daha çox cəlb edir. Müsəlmanlar arasında sünni məzhəbində olanlar çoxluq təşkil edir. Onlar sünnəti, yəni peyğəmbərin söz və əməlini əsas götürür və dörd xəlifəni ədalətli tanıyırlar.

İkinci böyük məzhəb olan şiələr peyğəmbər sünnəti ilə yanaşı Əhli-beyt hədislərinə də əsaslanır və həzrət peyğəmbərdən sonra canişinliyi Həzrət Əlinin (ə) haqqı bilirlər. Şiələr 12-ci İmam Həzrət Mehdinin zühur edib, ədaləti bərqərar edəcəyinə inanırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.