Xoş xasiyyət ruzini artırar

18 Mart 2015
1 772
0
Xoş xasiyyət ruzini artırar
Xoş xasiyyət ruzini artırar


*Peyğəmbər (s.a.v) buyurub:"Ruzinin az miqdarı ilə kifayətlənən müsəlman xoşbəxtdir".

*Cəfəri Sadiq (ə) buyurub: "İşində mülayim davranan kimsə,insanlardan gözlədiyi şeylərə nail olar".

*Cəfəri Sadiq (ə) buyurub: "ALLAH Təalanı çox zikr edən bəndəni, ALLAH cənnətdə himayəsi altına alar".

*Cəfəri Sadiq (ə) buyurub: "Ədalət baldan şirin,qaymaqdan yumşaq,müşrikdən isə xoş ətirlidir".

*Peyğəmbər (s.a.v) buyurub:"Savabı ən tez veriən xeyirli əməl, quhumluq əlaqələrini qorumaqdır".

*Peyğəmbər (s.a.v) buyurub:"Ağ saçlı bir müsəlmana hörmət etmək,ALLAHa hörmət etməkdir".

*Muhəmməd Baqir (ə) buyurub:"Bəndə günah işlədikcə,ruzi ondan uzaqlaşdırılar".

*Hz.Əli buyurub:" Yoxsulluq mömin bəndəyə atın yanağındakı tüklərdən daha çox yaraşır".

*Cəfəri Sadiq (ə) byurub:"Günah bəndəni ruzidən məhrum edər".

*İmam Rza (ə) buyurub:" ALLAH Təala bir mömini üzüntüdən xilas edənin,qəlbini qiyamət günü üzüntüdən xilas edər".

*Hz.Əli (ə) buyurub: "Hiylə və aldatmaq cəhənnəmə daxil olmağa səbəb olmasaydi, şübhəsiz, mən insanların ən hiyləgəri olardım".

*Hz.Əli (ə) buyurub: "Müsəlman bu 3 nəfərlə dostluq etməkdən çəkinməlidir: utanmazdan, axaqdan və yalançıdan".

*Cəfəri Sadiq (ə) byurub:"ALLAH Təalanın fəzlindən (lütf və kərəmindən) istəməyən kimsə möhtac qalar".

*Zeynul-Abidin (ə) buyurub:" Dua enməkdə olan və hələlik enməyən bəlaların da qarşısını alır".

*Cəfəri Sadiq (ə) buyurub:"Dua etməkdən əl çəkməyin. Çünki dua hər bir xəstəliyin şəfasıdır".

*Peyğəmbər (s.a.v) buyurub:" "La ilahə illallah"-demək ibadətlərin ən xeyirlisidir".

*Peyğəmbər (s.a.v) buyurub:"Hər şeyin bir bəzəyi vardır. QURANın bəzəyi də gözəl avazdır".

*Muhəmməd Baqir (ə) buyurub: "Zülmdən qorxun. Çünki məzlumun duası göylərə yüksəlir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.