Saçları uzatmaq üçün - 5 üsul

20 Mart 2015
3 118
0
Saçları uzatmaq üçün - 5 üsul
Saçları uzatmaq üçün - 5 üsul

1. Çox vaxt saçlara qulluq vasitələrinin tərkibində nikotin turşusu (B3 vitamini, PP vitamini, nikotinamid, niasinamid) olur. O saçların artımı və onların bərkidilməsi üçündür. O saçları nəmləndirir, köklərini bərkidir, saç tökülməsinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, kəpəyi aradan qaldırır və saçların artımını gücləndirir. Nikotin turşusu aptekdə satılır və çox asan istifadə olunur. Sadəcə 30 gün ərzində turşunun ampulalarını baş dərisinə çəkmək, sonra 3-6 ay fasilə vermək lazımdır.

2. Saçların uzadılması üçün xardal maskası da ilk sıralardadır. Xardal başın dərisini qızdıraraq tüklərə qan axınına səbəb olur. Xardal tozu sadəcə suda həll olur və saçların köklərinə çəkilir. 15-60 dəqiqə gözlədikdən sonra yumaq olar. Maskaya həmçinin yumurta sarısını və ya bitki yağları əlavə etmək olar. Maskadan 1 ay ərzində həftədə 1-2 dəfə istifadə etmək olar, sonra yarım il fasilə vermək lazımdır.

3. Zeytun və gənəgərçək yağları da saçları bərkidir və onların artımına səbəb olur. Onları iki həftə ərzində hər yumadan əvvəl saçların köklərinə və bütün uzunluqlarına çəkmək lazımdır. Bir a ərzində istifadə zamanı effektiv olur.

4. Saçlarınızın uzun olması üçün öz rasionunuza yağlı turşular, B qrupunun vitaminləri (B3, B5, B6), biotin, inozit, C vitamini, E vitamini, sink kimi vitaminləri daxil edin.

5. Saçlarınızın uzun olması üçün xüsusi detoks tərkibli şampunlardan istifadə etməyiniz məsləhətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.