Mütəkəbbirin aqibəti

27 Mart 2015
3 685
0
Mütəkəbbirin aqibəti
Mütəkəbbirin aqibəti

İsa peyğəmbərin (ə) dini təbliğ etmək üsullarından biri də səyahətə çıxmaq idi. Günlərin birində peyğəmbərin yaxın dostu olan cırtdan adam da onunla səyahətə gedir. Bir müddət yol gedəndən sonra dəniz sahilinə yetişirlər. İsa (ə) tam yəqinliklə "Bismillah” deyib dənizin üzərində yeriməyə başlayır. Bunu görən cırtdan adam da sidq ürəkdən "Bismillah” deyib özünü İsaya (ə) çatdırır. Elə bu vaxt onun ürəyində təkəbbür və xudpəsəndlik hissi yaranır. Bir anlıq öz-özünə fikirləşir: "Ay Allah, suyun üzərində batmadan yeriyən şəxs sənin peyğəmbərin İsadır (ə). Adi bir insan olduğum halda mən də bu işi bacarıram. Bəs elə isə peyğəmbərlə mənim aramda nə fərq var?”
Elə həmin an ayağının altı birdən boşalır və o suya batır. O, qışqırıb İsadan (ə) kömək istəyirdi: "Ey Ruhullah! Mənə yardım et.” İsa (ə) cırtdan adamın əlindən tutub sudan çıxardı. Sonra ona dedi:
"Məgər sən nə dedin ki, suyun üzərində yeridiyin vaxt birdən-birə batdın.”
Cırtdan adam dedi: "Öz-özümə dedim ki, həm Allahın peyğəmbəri və həm də mən suyun üzərində yeriyə bilirik. Belə bir halda peyğəmbərlə (ə) mənim aramda nə fərq oldu. Bir anlıq məndə xudibnlik hissi yarandı. Nəticədə mən öz əməlimin cəzasını çəkdim.”


Edit By:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.