Şorgözlüyün aqibəti

30 Mart 2015
4 887
0
Şorgözlüyün aqibəti
Şorgözlüyün aqibəti

Xəlifə Mötəsimin (Abbasi xəlifəsi) vəzirlərindən biri özü üçün hündür bir saray tikdirmişdi. Bu saraydan ətraf evləri açıq-aydın görmək olurdu. Vəzir öz sarayında oturub qapı-bacadan oğrun-oğrun qonşu qız-gəlinlərinə baxardı. Bir gün təsadüfən qonşuluqdakı gözəl bir qız onu valeh etdi. Bu qız çox gözəl əndamı və şux qaməti ilə sanki vəziri ovsunlamışdı. Vəzir qızı görüb, aşiq olur.
Bir nəfəri qızın atasının yanına elçiliyə göndərir. Qızın atası tacir idi. O vəzirin təklifini rədd edərək deyir: "Biz vəzirin şənində deyilik və gərək özümüz kimi birisi ilə (tacir) qohum olaq.”
Eşq alovuyla yanan vəzir əlacsız qalıb sirrini yaxın adamlarından birinə danışır. Həmin şəxs onu bu sevdaya qovuşdurmaq üçün min dinar pul istəyir. Sonra qazinin yanında inanılmış şəxslərdən on nəfər tapıb bir yerə yığır, onların hər birinə 100 dinar verib bunun əvəzində tacirin qızının vəzirin kəibnlisi olduğuna şəhadət vermələrini istəyir.
Yalançı şahidlər qazinin yanına gedib vəzirin tacir qızıyla kəibnli olmasına şəhadət verirlər. Onlar bu işi vəzirin canı təhlükədə olduğuna görə, qızı və atasını başı uca etmək üçün gördüklərini vurğulayırlar.
Bu mərasim başa çatdıqdan sonra vəzir arvadını gətirmək üçün bir nəfəri tacirin evinə göndərir. Məsələnin nə yerdə olduğunu bilməyən tacir vəzirlə birlikdə qazinin yanına yollanır.
Qazinin rəyinə əsasən vəzir qızın mehriyəsini atasına (tacirə) verib, arvadını evinə aparmalı idi. Bütün baş verənlərə mat-məəttəl qalan tacirin az qala başına hava gələcəkdi.
Tacir şikayət etmək üçün xəlifə Mötəsimin hüzuruna getmək qərarına gəlir. Amma xəlifənin hüzuruna getmək asanlıqla düzələn bir iş deyildi. Dostlarından birinin məsləhətinə görə çıxış yolu ancaq saray adamlarının libasını geyinib xəlifənin hüzuruna getmək idi.
Tacir, dostunun dediyi kimi saray adamlarından birinin libasını geyinib özünü xəlifə Mötəsimə çatdırır. O, başına gələnlərin hamısını xəlvətcə xəlifə üçün nəql edir.
Xəlifə vəziri hüzuruna çağıtdırdı. Vəzir işin nə yerdə olduğunu artıq başa düşmüşdü. Bütün olanları doğru-düzgün danışmaqla xəlifənin onu bağışlayacağını sanan vəzir, tam yanılmışdı. Çünki, o tacirin qızı üçün çoxlu mehriyə təyin etmişdi və şahidlər də bunu təsdiq edirdilər. Onlardan hər biri öz günahını etiraf edəndən sonra, Mötəsim şahidlərin onunu da saray önündə dar ağacından asmalarını əmr edir. Xəlifənin əmri ilə vəziri təzə kəsilmiş inəyin dərisinə büküb dəmir əmudla o ki var vurdular. Onun bütün sümükləri ovulub bir-birinə qarışdı.
Mötəsim əmr etdi ki, tacir qızını evə aparsın və vəzirin qız üçün təyin etdiyi mehriyəni mənimsəməkdə heç kimin onu qınamağa haqqı yoxdur.("Şeytanşinasi”, səh, 24.)
Peyğəmbər buyurmuşdur: "Küçədən ötərkən başqasının evinə boylanaraq qadın kişinin bədəninə və ya kişi də qadının saçlarına nəzər salsa, belə bir adamı qiyamət günü münafiqlərlə məşhur etmək Allah-təalaya vacib olur. Həmin şəxsi Allah-təala bu dünyada rüsvay etməmiş öldürməz və qiyamət günü o şəxs çılpaq şəkildə məşhur olacaqdır. Bu dünyada öz çirkin adəti üzrə naməhrəmə baxmaqdan usanmayan adamın gözlərinə alovdan düzəldilmiş mıxlar sancılacaq, sonra isə Allahın qəzəb alovuna atılacaqdır.”("İqabül-ə`mal”, səh, 45.)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.