Haqsızlığa görə əvəz çıxmaq

31 Mart 2015
2 164
0
Haqsızlığa görə əvəz çıxmaq
Haqsızlığa görə əvəz çıxmaq




Haqsızlığa görə əvəz çıxmaq
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) zövcələri Fatiməni (r.a) onun yanına göndərdilər...
Peyğəmbər (s.a.s) mənim yanımda olarkən Fatimə (r.a) içəri girmək üçün izn istədi...
Peyğəmbər (s.a.s) ona izn verdi. O içəri daxil olub dedi:
"Zövcələrin məni göndəriblər ki, səndən Əbu Quhafənin qızına (Aişəyə) aid haqlarda ədalətli olmağı tələb edim”.
Peyğəmbər (s.a.s) soruşdu: "Qızım! Mənim sevdiyimi sən də sevirsənmi?”
Fatimə (r.a):"Əlbəttə!”- deyə cavab verdi.
Peyğəmbər (s.a.s) buyurdu: "Elə isə bunu (Aişəni) sev!” Fatimə (r.a) qalxıb getdi.
O, bu haqda onun qadınlarına xəbər verdikdə dedilər:
"Sən bizə heç bir fayda vermədin. Odur ki, (yenə) onun yanına qayıt”.
Fatimə (r.a) dedi: "ALLAHa and olsun ki, mən bir daha onun haqqına dair Peyğəmbərə (s.a.s) söz deməyəcəyəm”.
Bu dəfə onlar Peyğəmbərin (s.a.s) zövcəsi Zeynəbi (r.a) göndərdilər.
O içəri girmək üçün izn istədi və Peyğəmbər (s.a.s) ona izn verdi.
Zeynəb (r.a) həmin sözləri ona söylədi.
Sonra da mənə pis sözlər deməyə başladı.
Mən (Peyğəmbərin (s.a.s) üzünə) baxmağa başladım ki, görəsən (ondan heyfimi almağa) mənə izn verəcəkmi.
Mən bir qədər gözlədim.
Nəhayət başa düşdüm ki, Peyğəmbər (s.a.s) ondan heyfimi almağa etiraz etməyəcək və Zeynəbin (r.a) cavabını verməyə başladım.
Belə ki, (Zeynəbə r.a) söz deməyə macal vermədən onu üstələdim.
Peyğəmbər (s.a.s) gülümsəyib dedi: "Doğrudan da o, Əbu Bəkrin qızıdır!”
Haqsızlığa görə əvəz çıxmaq




Haqsızlığa görə əvəz çıxmaqRedatə etdi-SyamkaHaqsızlığa görə əvəz çıxmaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.