“Facebook” pulsuz internet yayacaq

02 Nisan 2015
1 315
0
“Facebook” pulsuz internet yayacaq
“Facebook” pulsuz internet yayacaq

"Facebook” 2 il əvvəl start verdiyi "internet.org” adlı layihəsini təkminləşdirərək artıq bunun üçün Pilotsuz Hava Vasitələrindən(Drone) istifadə edəcək.

İngiltərənin paytaxtı Londonda keçirilən "Drone”ların sınaq uçuşundan müsbət nəticələr əldə edilib. "Drone”ların istifadəyə verilməsilə 5,5 milyard nəfər pulsuz internetdən istifadə edə biləcək.

Qeyd edək ki, yunan mifologiyasından ilham alınaraq "Aquila” adı verilən və maksimum 20 min metr hündürlükdə uçacaq "Drone”ların qarşıdakı illərdə istismara veriləcəyi gözlənilir.

"Facebook”un qurucu və İcraçı Direktoru Mark Zuckerberg, enerjisini günəşdən alan və bu sayədə 3 il fasiləsiz uçan vasitələrin qanadının eninin bir "Boeing 737”dən bir az uzun, ağırlığının isə bir avtomobildən daha yüngül olduğu bildirib. Zuckerberg, internet əlaqəsi olmayan bölgələrə asanlıqla çatacaq bu vasitələrin bütün dünyanı internetlə təmin edəcəyini deyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.