Hz. Adəm (ə) -dən əvvəl insan sivilizasiyaları olubmu?

02 Nisan 2015
3 415
0
Hz. Adəm (ə) -dən əvvəl insan sivilizasiyaları olubmu?
Hz. Adəm (ə) -dən əvvəl insan sivilizasiyaları olubmu?

Adəm aleyhissalamın yaranmasının müddətini və ya tarixini bildirən heç bir hədis yoxdur. Tapılan insan qalıqlarının daha qədim olması bunun Adəm aleyhissalamdan əvvəl olmasına heç bir şəkildə dəlalət etmir. Adəm əleyhissalamdan əvvəl hansısa bir sivilizasiyanın olması qəti olmamaqla yanaşı insanın olmaması qətidir. Hər həqiqəti bilən Allahdır.
Hz. Adəm (as) 'dən öncə dünya da yaşayan bir insan topluluğu yoxdur. Bəhsi keçən topluluq cin növündəndir. Cinlər də insanlar kimi yaxşılığa və pislik və azğınlıq edə bilər və fəsad çıxara bilər bir nəfsə sahibdir.
İnsanlığın atası Adəm əleyhissəlamdır. Bu səbəblə ondan öncə başqa insanların olduğunu qəbul etmək, bu mövzudakı ayələrə zidd hökm vermək anlamına gəlir.
İnsanlardan öncə bu dünyada cinlərin yaşadığına dair rəvayətlər vardır. Necə ki bu ayədə keçən "Xəlifə" təbiri Adəm əleyhissalamdan öncə şüurlu varlığın olduğunu göstərir:
"Düşün o zamanı ki, Rabb'in mələklərə xitabən:"Mən yerdə bir xəlifəni yaradacağam!" dedi. Mələklər də:" Yerdə fəsad çıxaracaq, qan tökəcək kimsələri mi yaradacaqsan! Halbuki biz, həmdinlə səni təsbeh və təqdis edirik." dedilər. Rabb'in də:"Sizin bilmədiyinizi mən bilirəm! " deyə onlara cavab verdi." (Bəqərə, 2/30; İşaratül-İ'caz, səh.201)
"Xəlifətun - Xəlifə": Bu təbir, yer kürəsinin insanların həyatına əlverişli şərtləri daşımazdan əvvəl, burada şüurlu bir varlığın, məxluqun yaşamış olduğuna və o varlığın həyatına o zamandakı yer kürəsinin vəziyyətləri müvafiq və əlverişli olduğuna işarədir. O şüurlu varlıqlar isə cinlərdir. Ayrıca,
"Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım." (Zariyat, 51/56)
ayəsində cinlər öncə keçməkdədir. Bu da cinlərin insanlardan öncə yaradıldığına bir işarədir.
Cənab-ı Haqq, sual soruşmaları üçün icazə verdiyi zaman mələklər müşavirə əsnasında, "Orada qan tökəcək və fitnə çıxaracaq birini yaradacaqsan?" deyə soruşmuşdular. Mələklərin bu suallarını etiraz mənasında, -haşa- Allah'ı tənqid şəklində düşünməməlidir. Çünki mələklərin Cənab-ı Haqqın fellərinə etiraz etmə qabiliyyətləri yoxdur. Onlar günahsız varlıqlardır. Günah işləməzlər və işləyə bilməzlər də. Bu səbəbdən, belə bir etiraz etməyə məsumiyyətləri əngəldir. Elə isə, sual sormalarının hikməti nədir?

Mələklərin daha öncə şahid olduqları bir məlumatları vardı. Necə ki daha öncə yer üzündə yaşayan cinlər, dünyada fəsad törətmiş, orada qan tökmüş, zülm etmişdilər. Mələklər bunları bilirdilər. İnsanların da Allah'a üsyan edəcəklərindən, yer üzündə təkrar fəsad çıxaracaqlarından qorxdular və belə bir sual soruşdular. Mələklər bu məlumata, ya Allah'ın bildirməsiylə bələd olmuşlar və ya lövhi-məhfuz`a baxıb oradan öyrənmişlər yaxud da insana qəzəbi və şəhvani qüvvələrin veriləcəyindən anlamışlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.