İmam Əlinin (ə) hikmətli kəlamları

05 Nisan 2015
3 718
0
İmam Əlinin (ə) hikmətli kəlamları
İmam Əlinin (ə) hikmətli kəlamları

Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikri işə salmaqla, fikir və gizli şeyləri qorumaqladır.
Səxavətli və cömərd şəxsin ac, alçağın isə tox olduğu vaxt hücumundan çəkinin.
İnsanların qəlbləri hürkəkdir. Buna görə də kim onları ələ alsa, ona tərəf üz tutarlar.
Nə qədər ki, nəsibin və qismətin səni xoşbəxt saxlayır, eyibin gizlin qalar.
Əfv etməyə və bağışlamağa ən layiq olanlar, cəzalandırmağa qüdrət və imkanı olanlardır.
Əsl səxavət, (səndən bir şey) istənilmədən bəxş etməkdir. Əgər istənilərsə, (belə səxavətlilik) xəcalət və məzəmmətdən (sənə ağız açan şəxsin və yaxud xalqın məzəmmətindən) qurtulmaqdır.
Ağıl kimi sərvət, nadanlıq kimi yoxsulluq, ədəb kimi miras, məsləhət və məşvərət kimi arxa və dayaq yoxdur.
Səbir iki cürdür: bəyənmədiyin şeyə səbr etmək və sevdiyin şeyə səbr etmək.
Varlılıq qürbətdə vətəndir. Yoxsulluq isə vətəndə də qürbətdir.
Qənaət tükənməz sərvətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.