Sən Mənim üçün ölüsən!

08 Nisan 2015
1 372
0
Sən Mənim üçün ölüsən!
Sən Mənim üçün ölüsən!




Sən Mənim üçün ölüsən!
Sən Mənim üçün ölüsən!Qəbiristanlıqdan qayıdırıq.
Mən, kədər və ümüd.
Sizi basdırdıq.
Səni, Sevgini və arzuları.
Səni Mən basdırdım.
Sevgini kədər, arzuları isə ümüd basdırdı.
Bu gündən, Sən Mənim üçün ölüsən!
Həmişəlik ölmüsən.Sən Mənim üçün ölüsən!
Özün ölməyin azmış kimi, sevgimlə arzularımı da öldürmüsən.
Qəbrinizi dırnaqlarımla qazıdım, əllərimlə torpaqladım.
Başdaşı yerinə qəbrinizə ümüdün mənə verdiyi üç gülü əkdim.

Bitməyəcəyini bilsəm də...
Sonra doyunca ağladım.
Ruhunuz şad olsun deyə yox, gülləri sulamaq üçün.Sən Mənim üçün ölüsən!

Qəbiristanlıqdan qayıdırıq, Mən, kədər və ümüd.
Ehsanınızı kədər verdi, təsəllini isə ümüd...

Sən Mənim üçün ölüsən!Sabah, kədəri içki şüşələrində basdıracağam, ümüdü isə ürəyimdə.
Bəs məni kim basdıracaq?!

Sən Mənim üçün ölüsən!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.