Sağlamlığınızı qoruyun

12 Nisan 2015
1 368
0
Sağlamlığınızı qoruyun
Sağlamlığınızı qoruyun

Qışda “kələm” kimi geyinməkdən də məhz elə bahar canımızı qurtarsa da, necə deyəllər, baharın da öz problemləri var. Bunlar: avitaminoz və allergiyadır. Bu və növbəti postda sizə bu 2 problem və onların qarşısını almaq üçün yazda nə ilə qidalanmaq haqqında danışacayıq.

Avitaminoz – orqanizmin uzun müddət ərzində vitamin çatışmasından əziyyət çəkməsi nəticəsində yaranan xəstəlikdir. Uzun qış ərzində meyvə və tərəvəz qıtlığından əziyyət çəkən orqanizmin immuniteti yaza doğru çox zəifləyir. Nəticədə soyuqdəymə və qripdən başımış açılmır.

Beləlikdə, yazı YATAQDA YOX AYAQ ÜSTƏ keçirmək üçün nə yemək lazımdır?


1. Qışı birtəhər arxada qoyan orqanizmimiz qlukoza tələb edir. Ona görə türş və duzlu yeməkdənsə şirinə üstünluk verin. Novruzun paxlava-şəkərburası bu dövrdə lap yerinə düşər. Amma tək paxlava-şəkərburadan tez yorularsız.

Şirniyyat sifariş edin

2. Yağlı yeməkləri azaldın. Qış ərzində soyuqdan qorunmaq üçün yeməyi tövsiyyə etsək də yazda yağlıya ehtiyac qalmır. Amma qışda aldığınız kiloları atmaq üçün yazda diyetaya oturmaq heç də yaxşı fikir deyil. Bədəniniz onsuz da zəifləyib, bir də siz üstünə getməyin.

3. Meyvə və tərəvəzi maksimal çox yeyin. Cibinizə böyük zərbə dəyməsin deyə gündəlik kələm və köklə kifayətlənə, həftədə 3-4 dəfə isə brokkoli, gül kələmi, alma və s. istifadə edə bilərsiz. Xüsusən C vitamini ilə bol meyvələr ye. Meyvə-tərəvəzin gündəlik dozası 400 qr civarında olmalıdır.

4. Göbələyi rasionunuzda çoxaldın. Zülalla zəngin olan bu ərzaqlar orqanizmə güc verər və yeni hüceyrələrin yaranmasına kömək edər.

5. Çoxlu maye qəbul edin. Antioksidantlarla zəngin çay sizi soyuqdəymədən qoyuraq, su isə maddələr mübadiləsinə kömək edər. Günə 2-2,5 litr su qəbul et.

6. MÜTLƏQ səhər yeməyi ye! Günə səhər yeməyi etmədən başlayan insanlar ele günün lap əvvəlindən uduzmuş olurlar. Gecə ərzində də ac qalmış bədən səhər yeməyi də yemədikdə istər intellektual, istər fiziki iş qarşısında aciz olur.

7. Ət, paxlalılar, balıq, süd məhsullarını da rasionunuzda çoxaldın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.