Kabus və Qarabasma Nədir?

14 Nisan 2015
2 740
0
Kabus və Qarabasma Nədir?
Kabus və Qarabasma Nədir?

Kabus adlandırılan bu məsələyə yuxu iflici kimi tərif verilir. Bu, yuxudan oyandıqdan sonra bədənin müvəqqəti olaraq hərəkət edə bilməməsi halıdır. Bunun yatarkən arxası üstə uzanmaq, qeyri-müntəzəm yatmaq kimi fizki və stres kimi psixoloji səbəbləri ola bilər.1 Kabus görmək deyilən belə hadisənin cinlərdən irəli gəlməsi də mümkündür. Çünki məlumdur ki, cinlər insanlara müxtəlif yollarla təsir edirlər. Cinlər də insanlar kimi ağıllı və şüurlu varlıqlardır. Bəzi cinlərin işi-gücü pislik etməkdir. Amma belə hallarda narahat olmamaq lazımdır. Belə ki, siz axşam yatmazdan əvvəl Qurani-Kərimdən İxlas, Fələq və Nas surələrini mənaları ilə birlikdə oxusanız, inşallah bu cür şeylər bir də baş verməz.

Rəsulullah (s. a. v.) cinlərdən və insanın gözündən (göz dəyməsindən) (müxtəlif dualar oxuyaraq) Allaha sığınırdı. Muavvizəteyn (Fələq və Nas surələri) nazil olduqdan sonra da bu iki surəni əsas götürdü; digər duaları bir də oxumadı.2

Həzrəti Aişə belə rəvayət edir:

Peyğəmbər (s. a. v.) hər gecə yatağına girdiyi vaxt əllərini üfürüb muavvizəteyni (Fələq və Nas surələri) və İxlas surəsini oxuyur, əllərini üzünə və bədəninə sürtürdü. Bunu üç dəfə təkrar edirdi. Xəstələndiyi vaxtlarda məndən onun üçün eyni şeyi yerinə yetirməyimi tələb edirdi.
Kabus və Qarabasma Nədir?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.