Həyatdan müsahibə aldım...

02 Eylül 2014
1 467
0
Həyatdan müsahibə aldım...
Həyatdan müsahibə aldım...


Həyatdan müsahibə aldım...

"Məndən müsahibə almaq istəyirsən balaca ?" deyə soruşdu Həyat.

"Zamanın varmı?" deyə soruşdum.

Gülümsədi və ‿''Mənim sonsuza qədər zamanım var" dedi.

Nə suallar var ürəyində? İnsanlar səni ən çox nə ilə təəccübləndirir? deyə soruşdum.

Həyat başladı izah etməyə:

"Uşaqlıqdan darıxıb, böyümək üçün tələsirlər, sonra yenə uşaq olmağın həsrətini çəkirlər. Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər, sonra sağlamlıqlarını qazanmaq üçün pullarını xərcləyirlər. Sabah haqqında düşünməkdən bugünkü həyatalarını unudurlar. Sonra da nə bugünü nə sabahı yaşaya bilirlər.Həyatlarını gözəl qurmaq üçün təhsil alırlar amma həyat ustası olmağı bacarmırlar. Beləliklə heç vaxt ölməyəcəkmiş kimi yaşayırlar, heç yaşamamış kimi ölürlər."

Həyat əlimi tutdu möhkəm-möhkəm.. Bir müddət səssiz qaldıq, heç nə danışmadıq. Sonra dərin bir nəfəs aldım. Ona, insanların nələri öyrənməyi istədiklərini soruşdum.

Həyat cavabladı:


"Heç kimi səni sevməyə məcbur edə bilməyəcəyini, edə biləcəyin tək şeyin səni sevmələrinə izn vermələrini,onları azad buraxmaq lazım olduğunu anlamalarını istəyərdim. Bağışlamağı bacarmağın ,bağışlayaraq öyrənilə biləcəyini dərk etmələrini istərdim.Başqalarıyla özlərini müqayisə etməməyi öyrənmələrini istərdim.İki insanın eyni şeyə baxıb fərqli şeyləri görə biləcəyini anlamalarını istərdim"

"Zəngin insanın ən çox şeyə sahib olan deyil, ən az şeyə ehtiyac duyan insan olduğunu öyrənmələrini istərdim. Bir mehriban ürəyi dərindən yaralamanın bir anda olduğunu; amma sağaltmağın çox uzun zaman aldığını öyrənmələrini istərdim. Həyata müsbət baxmağın həyat sevgisini dəfələrlə artırdığını öyrənmələrini istərdim..''

Həyat dərin bir nəfəs aldı. Həyatın nəfəsi sözlərə çevrildi.

"Söylədiklərimi ürəyinə qeyd et" dedi.

Söylədiyi cümləni ürəyimə qeyd etmişdim..

"Başqalarını bağışlamaq yetərli deyil, özünü də bağışlamağı öyrən".

Ürəyim quş kimi yüngülləşmişdi. Sonuncu sualımı verdim ona:''Hayat məndən nə istəyirsən? dedim yavaşca...

Bütün otağı ağ bir işıq örtmüşdü və Həyat cavabladı.

"Sənin özün olmağını istəyirəm, yoxsa başqası olardın. Sənə bu gün ehtiyacım olduğunu bil, yoxsa bu gün mənimlə olmazdın. Öz bənzərsizliyini və əvəzsizliyini bil çünki mən özümü təkrar etməyəcək qədər yaradıcı və zənginəm və həqiqətən TƏK qiymətli olanam. Dəyərimi bil!

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.