Adını Siz QoYuN

Adını Siz QoYuN
Adını Siz QoYuN


Napoleon Bonapart şahmatı dəlicəsinə sevirdi.1816-cı ildə Napoleon sürgündə olarkən yaxın dostlarından biri ona hədiyyə göndərir.Bu hədiyyə fil sümüyündən və nifritdən düzəldilmiş şahmat olur.Napoleon özü-özü ilə şahmat oynayır, lakin heç ağlına da gəlmir ki, fiqurların altında nə var. Onun ölümündən sonra bu şahmat dəfələrlə hərraclarda satılır. Lakin şahmatın sonuncu sahibi fiqurlardan birinin altının açıldığını görür. Açılan fiqurun içindən Yelena adasından qaçmaq üçün tərtib olunmuş möhtəşəm xəritə çıxır...


30 yanvar 1962-ci ildə
, Tanzaniya məktəblərindən birində səbəbsiz yerə 3 qız anidən gülməyə başladılar. Gülüş tez yayıldı, həm də 12 yaşdan 18 yaşa qədər olan şagirdlərdə. Günün sonuna artıq 159 şagirddən 95-i gülüşün arası kəsilməyən hücumlarından əzab çəkirdi. Zamanla gülüş yalnız güclənirdi. Məktəbi bağlamaq məcburiyyətində qaldılar.
Bir neçə ayı idi ki məktəblilər fasiləsiz şəkildə gülürdü. Gülən uşaqlardan qonşukəndlərdəki uşaqlar da yoluxdular. Sonra epidemiya bütün məktəblərə yayıldı. Gülüş epidemiyasına yoluxmuş uşaqlarda rast gəlinən simptomlar: ağrılar, ürəyi getmələr, nəfəs almada problemlər, səpgi, ağlamaq, iradəsiz qışqırıqlar. Bir neçə ay davam edənepidemiyadan toplam olaraq, 10 000-dən çox uşaq zərər çəkdi.


2012-ci ildə İspaniyada böyük mükafat məbləği olan yarış keçirilirdi. Bu yarışın iştirakçıları arasında London Olimpia oyunlarının qaçış üzrə bürünc mükafatçısı keniyalı Abel Mutai də iştirak edirdi. O, rəqiblərini tamamilə arxada qoymuşdu. Lakin finiş xəttinə 10 metrə yaxın qalmış o dayandı. Abel Mutai finiş xəttini keçdiyini zənn edib öz tamaşaçılarını salamlamağa başladı. Bu vaxt digər yarışda iştirak edən ispaniyalı İvan Fernandes Anayya keniyalı rəqibinə yaxınlaşsa da onun səhvindən istifadə edib yarışı birinciliklə tamamlamadı. Əksinə rəqibini irəliyə itələyərək onu birinci etdi. Fernandes bu vicdanlı hərəkətini belə izah etmişdir : "Mənə mənliyimi saxlamaq qızıl medal udmaqdan daha vacibdir..."

T. Henry:

"İllər əvvəl mənim 5 yaşında qızım öldü. Ona görə
də karyeramda 14 (1+4=5) nömrəli formanı
geyinirəm. Hər dəfə qol vurduqdan sonra biləyimi
öpməyimə səbəb isə, xüsusi olaraq qızımın
qoxusunu verən ətir hazırlatdıriramvə hər dəfə
oyuna çıxmamışdan bu ətirdən biləyimə vururam, qol vuranda qızımın qoxusunu hiss edirəm"

Redaktə etdi: Bash _BeLasi ッ
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.