Maşa tortu resepti

22 Nisan 2015
5 304
0
Maşa tortu resepti
Maşa tortu resepti


Tərkibi:
xəmir:
200 q qatılaşdırılmış süd (şirin)
250 q xama
320 q un
3 yumurta
1 ç.q. soda
2 x.q. kakao tozu

krem:
200 q kərə yağı
200 q qatılaşdırılmış süd (şirin)

üzərinə:
qoz

Hazırlanması:
Qatılaşdırılmış süd, xama və yumurtanı eynicinsli kütlə alınanadək qarışdırın. Un və sodanı əlavə edin.
Xəmiri yarı bölüb bir hissəsinə kakao əlavə edin.

Xəmiri yağlanmış formaya töküb 210 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Korjları soyudun. Sonra hər birini ortadan iki yerə bölün (4 korj alınacaq: 2-si ağ, 2-si qara).

Otaq temperaturunda olan yağı çalın, tədricən qatılaşdırılmış südü əlavə edin.

Korjları rənglərinə görə növbələyərək arasına krem çəkməklə üst-üstə yığın. Tortun üstünə və kənarlarına krem çəkin. Üzərinə xırdalanmış qoz səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.