Qadınların Şalvar geyinməsi günahdır?

24 Nisan 2015
1 849
0
Qadınların Şalvar geyinməsi günahdır?
Qadınların Şalvar geyinməsi günahdır?
Mövzuya fərqli bucaqlardan fərqli hökmlər verilə bilər. Hər bucağın özünə görə hökmü olması da mümkündür. Mən də ifadə edəcəyim bucaqlardan baxacaq, öz fikirimi dəqiqləşdirməyə çalışacağam. Təqdir sizə aiddir. Uyğun da görə bilərsiniz, yaxud da səhv də. İkisi də mümkündür.

Bu gün geyimdə tam bir qarışıqlıq yaşanmaqdadır. Nə kişi nə də qadın geyimi keçmişdəki kimi dəqiq və tam ayrılmış deyil.

Bunu bunun üçün ifadə edirəm.
Həqiqətən də xanımların geyimində birinci ölçü təsəttür isə, ikincisi də kişi geyimi olmaması, kişi geyiminə bənzəməməsidir.

Əfəndimizin xəbərdarlığı da bunu açıqca ifadə etməkdədir.
- Kişilərdən qadın geyimi, qadınlardan da kişi geyimi geyərək qarşı cinsə bənzəyənlərə.. deyə başlayan hədisdə lənət qarğışı vardır.


Bu xəbərdarlığı unutmayan xanımlar, geyimlərində birinci olaraq təsəttürü əsas alaraq, ikinci olaraq da kişiyə bənzəməməyi əsas alaraq. Şəxsiyyətlərini qorumaq istəyərlər.

Cəmiyyətin belə bir şəxsiyyət qorumasına ehtiyacı da qətidir. Cinsiyyət qarışığı söz mövzusu olacaq haradasa.

Ancaq bu gün kişi geyimi köhnəsi qədər qəti təyin olunmuş deyil. Şalvar artıq yalnız kişi geyimi olmaqdan çıxıb qadınların da böyük ölçüdə geyimi halına gəlmişdir.


Məncə bu gün qadının geydiyi şalvarın kişi geyimi olmasından əvvəl, dar olub olmadığı, üzərini örtən bir başqa şeyin geyilib geyilmədiyi əsas alınaraq mövzuya baxılmalıdır.

Bədən xəttlərini bildirməyəcək genişlikdəki şalvarın üzərinə üst qisimi örtən bir şey geyilirsə artıq bunun kişi geyimi olduğunu düşünməmək lazımdır. Çünki təsəttürü daha yaxşı təmin etmək xüsusiyyəti söz mövzusudur.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.