Səhabələr haqqında maraqlı məlumatlar

27 Nisan 2015
4 691
0
Səhabələr haqqında maraqlı məlumatlar
Səhabələr haqqında maraqlı məlumatlar

Səhabələrin fəziləti

1. Əbu Bəkr əs-Siddiq- Peyğəmbər (salAllahu aleyhi və səlləm) sağ ikən camaat namazına ən çox imam təyin etdiyi səhabədir.

2. Ömər ibnul Xattab- Altı ayədə Rəbbinə müvafiq olmuş yeganə səhabədir.

3. Osman İbnul Əffan- Bütün mələklərin həya etdiyi və Rasulullahın (sallAllahu aleyhi və səlləm) iki qızını almış yeganə səhabədir.

4. Əli ibn Əbu Talib- Sünnədə fəzilətinə dair ən çox rəvayət nəql edilmiş səhabədir.

5. Abdullah ibn Məsud- Quranı ilk dəfə aşkarda oxuyan səhabədir.

6. Abdurrahmən ibn Auf- Rasulullaha (sallAllahu aleyhi və səlləm) namazda imamlıq etmiş yeganə səhabədir.

7. Abdullah ibn Cəhş- İslamda paylanan ilk qənimətin sahibi olan səhabədir.

8. Əbu Sinən ibn Vəhb- Ridvan beyətində Rasulullaha (sallAllahu aleyhi və səlləm) ilk beyət etmiş səhabədir.

9. Ubeyy ibn Kəab- Rasulullahın (sallAllahu aleyhi və səlləm) elminə görə təbrik etdiyi səhabədir.

10. Əbu Ubeydə ibnul Cərrah- “İslam ümmətinin ən etibarlısı”- adlanan səhabədir.

11. Talhə ibnul Ubeydullah- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Yer üzündə gəzən şəhid” adlandırdığı səhabədir.

12. Zubeyr ibnul Əvvam- Rasulullahın (sallAllahu aleyhi və səlləm) “ən yaxın sirdaşım” adlandırdığı səhabədir.

13. Abdullah ibn Səlam- ‘Cənnətdə on nəfərin onuncusu’ adlanan səhabədir.

14. Saad ibn Muaz- Ölümünə acıyaraq, Ərşin titrədiyi səhabədir.

15. Hənzələ ibn Əbu Amir- Vəfat etdikdən sonra mələklərin yuyaraq, qüsl etdiyi yeganə səhabədir.

16. Ukkəşə ibn Mihsan- Cənnətə sorğu-sualsız daxil olan 70 min nəfərdən, adı bizə məlum olduğu yeganə səhabədir.

17. Həmzə ibn AbdulMuttalib- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “şəhidlərin seyidi” adlandırdığı səhabədir.

18. Zeyd İbnul Hərisə- Qurani-Kərimdə adı çəkilən yeganə səhabədir.

19. Abdullah Əbu Cabir- Şəhid olduqdan sonra Allahın hüzuruna çağırıb, danışdığı səhabədir.

20. Aişə bint Əbu Bəkr- Rasulullahdan (sallAllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən qadındır.

21. Təmimi ibn Əusəd-Dəri- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) ondan hədis rəvayət etdiyi yeganə səhabədir.

22. Huzeymə ibnus-Sabit- Şahidliyi iki kişinin şahidliyinə bərabər olan səhabədir.

23. Əbu Hureyra- Rasulullahdan (sallAllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabədir.

24. Musab ibn Umeyr- İslamda ilk səfir və ilk cümə namazı qıldıran səhabədir.

25. Əbu Zərr- Ən təvazökar səhabədir.

26. Bilal ibn Ribah- İlk dəfə azan verən səhabədir.

27. Sabit ibn Qeys ibn Şəmmas- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) xatibi olan səhabədir.

28. Xədicə bintul-Xuveylid- İslamı ilk qəbul edən kəsdir.

29. Xalid ibn Valid- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Allahın qılıncı” adlandırdığı səhabədir.

30. Zeynəb bint Cəhş- Nigahını Allah (subhənəhu və təalə) kəsdiyi yeganə qadındır.

31. Useyd ibn Hudeyr- Quran qiraətini mələklərin dinlədiyi səhabədir.

32. Sumeyyə ummu Əmmar- İslamın ilk şəhid qadınıdır.

33. Dəhiyyə əl-Kəlbi - Ən gözəl səhabədir.

34. İbn Abbas- “Quranın tərcüməçisi” adlanan səhabədir.

35. Huzeyfə ibnul Yəmən- Qiyamət haqqında ən çox hədis rəvayət edən və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) münafiqlərin adlarını bildirdiyi yeganə səhabədir.

36. İmran İbn Huseyn- Mələklərin hər gün salamlaşdığı səhabədir.

37. Cəfər ibn Əbu Talib- Kəsilmiş qolları yerinə Allahın ona qanad verdiyi yeganə səhabədir.

38. Ummu Səlim- Ümmət içində ən bahalı mehrə sahib olan qadındır. Onun mehri İslam idi.

39. Safiyyə bint AbdulMuttalib- Allahın dinini qorumaq üçün muşrik bir kişini öldürən ilk qadındır.

40. Muaz ibn Cəbəl- Ümmətin halal və haramını ən gözəl bilən səhabədir.

41. Miqdad ibni Amr- Allah yolunda ilk at çapan səhabədir.

42. Osman ibni Mazun- Baqidə dəfn edilən ilk mühacirdir.

43. Zeyd İbnul Xattab- “Yəməmə gününün şahini” adlanan səhabədir.

44. Sələmə ibnul Əqva- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Piyada döyüşçülərin ən xeyirlisi” adlandırdığı səhabədir.

45. Nusibə bintu Kəəb- Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) ilk beyət edən qadındır.

Səhabələr haqqında maraqlı məlumatlarSəhabələr haqqında maraqlı məlumatlar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.