Deyim

27 Nisan 2015
2 963
0
Deyim
Niyə susdun,dinməyirsən, nolub sənə
Xətrinəmi dəyən olub denən mənə
Qızıl güldən çələng hörüm tellərinə
Düz mən baxım,söz arası sözdə deyim .
DeyimDeyim
Nədir yenə dodaq büzdün,bu qaş-qabaq
Sözlərim çox söz dəbində qalaq-qalaq,
Bax beləcə qalxaq zilə,biz ucalaq,
Hərdən enim pəstə belə,bəmdə deyim..
DeyimDeyim
Çıxıb getdin get yaxşı yol uğur osun,
Qoy göz yaşın daim sevinç yaşı olsun,
Büsat dolu günlərinlə badən dolsun
Sağlıqlara mən qoşulum dəmdə deyim.
DeyimDeyim
Sübhdən axşam olanadək deyəcəyəm
Bu sevginin etirafın edəcəyəm
İnan , səni ölənəədək sevəcəyəm
Dolanaraq yar başına şəmdə deyim.
DeyimDeyim
Müəllif : SEYMUR SÖNMƏZ

DeyimDeyim
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.