Mətbəx sirləri: Kəsmikli "portağal"

29 Nisan 2015
1 159
0
Mətbəx sirləri: Kəsmikli "portağal"
Mətbəx sirləri: Kəsmikli "portağal"


Tərkibi:

400 q kəsmik
2-3 yumurta
1-1,5 st. un
4 x.q. şəkər tozu
1 ç.q. soda
1 çimdik duz
limon şirəsi
80 q portağal sedrası
vanil

üzərinə:

100 q mannı (iri)

Kəsmiyi yumurta, şəkər tozu və duzla yaxşıca çalın. Ələnmiş un, vanil, xırdalanmış portağal sedrası, limon şirəsində söndürülmüş soda əlavə edin.

Xəmir yoğurub bərabər kündələrə bölün.

Mannı yarmasına hərtərəfli batırın.

Yaxşı qızdırılmış fritürdə, yaxud bol bitki yağı tökülmüş dərin qazanda qızardın. Üzəri qızılı rəng alandan sonra daha 5 dəqiqə bişirin.

Bir "portağal"ı kəsin. Əgər içi bişibsə, digərlərini də kəfkirlə çıxarın, bişməyibsə, bir qədər də qızardın.

Çay süfrəsinə portağal mürəbbəsi və ya cemi ilə birlikdə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.