"Oxuma,mənasızdır..."

05 Eylül 2014
1 522
0
"Oxuma,mənasızdır..."
"Oxuma,mənasızdır..."


Suuus…Səsin çıxmasın.. İndi bir ağıllı deyəcək "Bəs necə oxuyum?”.. Ürəyində oxu, heç kim eşitməsin.. Fikirləşmə…Fikirlərini özünə saxla..Yenə o ağıllı deyəcək "Fikirləşməsəm necə başa düşəcəm?”..Burda başa düşməli heç nə yoxdu..Bu yazı sənə heç nə verməyəcək..İbrətamiz bir nəticə çıxarmayacaqsan.. Bunu oxuduqdan sonra "Həyatıma Şükür” deməyəcə...
ksən.. Bu yazı səni ağlatmayacaq..Bu sadəcə yazıdı..Sənə heç nə verməyəcək…..Hələ də oxumaq istəyirsən?? Yaxşı – yaxşı fikirləş…İstəyirsən?? Onda keç o biri abzasa…
Boş-boş yazıram, sən də oxuyursan…Həəə, sənə nağıl danışmayacam..Nə bilim belə-belə oldu, bunları yaşadım da, ilham gəldi, qələm götürdüm, yazdım..Yox heç nə olmadı..Sənə ayrıldığım sevgilimdən də yazmayacam..
"Çevir tatı, vur tatı” səni sevirəm cümlələri də qurmayacam..Axı heç sevgilim də yoxdu, niyə yalandan yazım ki..Yəni bu sevgi yazısı deyil, mən də romantik yazar deyiləm…Axı mən heç yazar deyiləm..Romantika anlayışım da sıfırdı bəlkə də…Hələ də oxumaq istəyirsən??
Əgər bu cümləni oxuyursansa, deməli, bir az əvvəl danışdığım cəfəngiyata qulaq asmadın.. Bilirsən?? yoox hardan biləsən.. Nəysə də 2 gündü beynimdə fikirlər gəzişir…Bəzən Marafona çıxırlar..Dedim qələmi götürüm yazım..Tənbəllik eləyə-eləyə bu günə qaldı.. 3 ayrı mövzuda fikrim var..Amma indi yazmaq istədiyim yadımdan çıxdı..Ona görə uzadıram..Yoxsa bir başa mətləbə keçərdim..
”Mətləb kimdi?” deyə məntiqsiz sual verəni qınayıram (: Səni alqışlayıram, səbirli adamsan.. Mən olsam çoxdan səhifəni bağlayıb getmişdim, bu nə danışır deyə…Bezdinsə saxla, incimərəm saxlasan(:
Bir az əvvəl zaraft eləmirdim, həqiqətən yazacağım mövzu yadımdan çıxıb..Bəlkə özümdən yazacaqdım, bəlkə başqasından…Ya da Xəzəri danlayıb, Bakını söyəcəkdim..Amma indi bilmirəm..Ümumiyyətlə 3 aydıki yaza bilmirəm..Yazmaq qabiliyyətimi itirmişəm.. Fikrimi toplaya bilmirəm..Mənasızlaşmışam..Soyumuşam insanlardan..Yenə özümə qapanmışam..Yabaniləşmişəm…
Bax,,,indi bu yazını yazmağım mənasızdı..Sən də oxuyub mənə mənasız deyirsən..Mən də elə yazının adın
"Mənasız” qoyacam..Oxuyan çox olsun deyə..Oxuayan çox olsun, oxuduqca söysün məni deyə…İndi sən də söyürsən məni "Bu nədi ee? " deyə…Sənə əvvəldən demişdim ki, Oxuma..bu sənə heç nə verməyəcək.. Mənə "Heç nə başa düşmədim "də yazma..Çünki bu normaldı…
Sevin…Canın qurtuldu, bitti bu yazı..Bilirəm mənasız son oldu..Guya əvvəli mənalı idi ki..

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.