Çətin vəziyyətdən çıxmağın yeganə üsulu

02 Mayıs 2015
1 235
0
Çətin vəziyyətdən çıxmağın yeganə üsulu
Çətin vəziyyətdən çıxmağın yeganə üsulu

Bu məqaləni niyə oxuduğunu bilirəm! Kimsə xətrinə dəyib, ya hansısa hadisə səni məyus edib, ya həyatında nədənsə narazısan (ya da avaraçılıqdı)…Birinci addım – Zəhmət olmasa YouTube-da 115 dəfə qulaq asdığın Namiq Qaraçuxurlunun mahnısını söndür.
Çətin vəziyyətdən çıxmağın yeganə üsulu
İndi isə sənə bir hekayə danışım

Bir dayday tanıyıram, adı Voltdur, qəzetdə karikatura çəkməklə pul qazanırdı.

Günlərin bir günü müdiri onu yanına çağırıb Voltun xəyal gücünün olmadığını deyib onu işdən qovur.

Volt çox kədərlənibmiş, yolda evə gedə-gedə nə qədər uğursuz və maraqsız bir insan olduğunu düşünüb. Bir neçə gün depressiyada olandan sonra isə müdirinin acığına həyatında yeni səhifə açmaq qərarına gəlir – öz şirkətini qurur, özü şəkillər çəkib cizgi filmləri yaratmağa başlayır. Bir neçə il içində onun Disney adlı şirkəti Hollivudun 1 nömrəli cizgi filmi şirkətinə çevrilir. Həmin dayday isə Volt Disney idi.
Çətin vəziyyətdən çıxmağın yeganə üsulu
Volt o işdən qovulmasaydı bəlkə də ömrünün axırına qədər orada işləyəsi idi biz heç vaxt Sinderella, ya Mauqli cizgi filmlərinə baxmayacaqdıq.

Çətinliklər bizi yuxudan oyadır

Yalnız müdirimizin kobudluqlarını görəndə təzə və daha yaxşı iş axtarmağa başlayırıq, yalnız evimizin damı dammağa başlayanda evi təmir eləmək qərarına gəlirik, yalnız qonşunun qızına elçi gələndə biz də bəzənib adam içinə çıxmaq, kimləsə tanış olmağa çalışırıq, yalnız rəfiqəmizin 2 yaşlı uşağı bizə “gombules” deyəndə pərt olub idmana yazılırıq.

Hər bir çətinlik özü ilə birlikdə təkan gətirir. Çətinliklər sənin üçün trampolindir


Həyatında dəyişikliklər eləmək üçün təkandır.

Həyatda həmişə hər şey ideal olsa idi insanlar tənbəlləşərdi, heç nəyi dəyişməyə həvəsimiz/marağımız olmazdı. Həyatında hansısa çətinlik olanda yox, əksinə, hər şey yaxşı gedəndə narahat ol! Çünki yalnız və yalnız çətinliklər nəticəsində ucalırsan, öyrənirsən, böyüyürsən, Volt Disney olursan.
Çətin vəziyyətdən çıxmağın yeganə üsulu
Mənfi hadisə ilə qarşılaşanda “Ah niyə bütün pis adamlar mənim qabağıma çıxır?” və ya “Niyə başıma belə hadisələr gəlir?” yox, “Həyatımda hansı dəyişikliklər etməliyəm?” deyə düşün. Enerjini təmiz saxla. Öz həyatının pilotu özün ol. Çətin hadisələrə və dözülməz insanlara görə minnətdar ol – onlar olmasaydı sən bu qədər güclü, təcrübəli olmazdın.

Mən də öz növbəmdə Namiq Qaraçuxurluya təşəkkür eləyirəm, ona qulaq asıb bu qədər kədərlənməsəydin (guya ki, gecələr gizlicə onun mahnılarına qulaq asmırsan) bu yazını oxumazdın . Görürsənmi, hər şeydə bir təkan var?!
Çətin vəziyyətdən çıxmağın yeganə üsulu
Bəs hansı çətinliklər sənə dəyişiklik eləməyə təkan verib? Nəticədə nə qazanmısan?

P.S. Bu yazını açıb Sinderellanın hərfi mənada necə doğulduğunu oxumaq istəyirdinsə səni təəssüfləndirdiyimə görə bağışla. Əgər hələ də Sinderellanın necə doğulmas; sualı səni narahat edirsə əminəm ki, hər şey bu cür başlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.