Gündə maksimum bir saat musiqiyə qulaq asın

03 Mayıs 2015
1 071
0
Gündə maksimum bir saat musiqiyə qulaq asın
Gündə maksimum bir saat musiqiyə qulaq asın


Eşitmə qabiliyyətlərini qorumaq üçün adamlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdırlar, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məsləhət edir.
ÜST deyir ki, musiqiyə "həddən artıq çox və həddən artıq bərkdən" qulaq asan 1,1 milyard gənc eşitmə qabiliyyətinə həmişəlik ziyan vura bilər.
Audio pleyerlər, konsertlər və barlar "ciddi təhlükə" yaradır, qurum bildirir.
ÜST-ün rəqəmlərinə görə, 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır.
Müxtəlif səs səviyyələrinə nə qədər qulaq asmaq olar? ÜST-nin məsləhəti:
85 dB - maşının içərisində eşidilən səs - 8 saat
90 dB - qazonbiçən maşın - 2 saat 30 dəqiqə
95 dB - motopenislet - 47 dəqiqə
100 dB - maşın siqnalı və ya metro qatarı - 15 dəqiqə
105 dB - mp3 pleyeri maksimum ucalıqda - 4 dəqiqə
115 dB - səs-küylü rok konserti - 28 saniyə
120 dB - vuvuzela və ya sirenalar - 9 saniyə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.