Mətbəx sirləri: Limonlu pirojnalar

02 Mayıs 2015
1 527
0
Mətbəx sirləri: Limonlu pirojnalar
Mətbəx sirləri: Limonlu pirojnalar


Tərkibi:

xəmir:

225 q un
80 q şəkər tozu
140 q soyuq kərə yağı
1 x.q. süd

iç:

2 limonun şirəsi və sedrası
150 q şəkər tozu
2 yumurta
20 q un

üzərinə:

şəkər pudrası

Un, şəkər tozu və kərə yağını blenderə qoyun. Ovuntuq alınanadək xırdalayın, süd əlavə edib yenə çalın.

Xəmiri formaya döşəyin, kənarlarını qaldırın. Xəmirin üstünə perqament çəkin, yük qoyun (adətən, quru lobya tökürlər). 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

İç: blenderdə limon şirəsi və sedrasını, şəkər tozunu, yumurta və unu qarışdırın.

Formanı sobadan çıxarın, perqamenti üstündəkilərlə birlikdə götürün. İçi korjun üstünə tökün, hamarlayın. Formanı yenidən sobaya qoyub 20-25 dəqiqə bişirin.

Soyudun. Üzərinə şəkər pudrası səpib doğrayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.