Nələr baş ağrısına səbəb ola bilər?

04 Eylül 2014
1 616
0
Nələr baş ağrısına səbəb ola bilər?
Nələr baş ağrısına səbəb ola bilər?

Heç bir ağrı səbəbsiz yerə başlamır. O cümlədən baş ağrısı.Baş ağrısı bir çox insanları bəzən daimi narahat edir. ABŞ-ın qadın jurnalı olan «Health» bu ağrının səbəblərini müəyyən edib. Ağrının səbəbi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.

Çəki — artıq çəkidən əziyyət çəkənlərin baş ağrısı olma riski normal çəkililərdən 35 faiz çoxdur.
Xasiyyət — həddindən çox ehtiyatlılıq, deyingənlik, narahatlıq baş ağrısına səbəb ola bilər. .

Tətil — həftəsonu tətilləri yuxu rejimini pozduğu üçün qısa müddətli ağrılara yol aça bilər.
Qoxu — boyadan gələn qoxular ağrı yarada bilər.

Susuzluq — bədənin uzun müddət susuz qalması ağrıya səbəb olur.

Yemək yeməmək — aclıq baş ağrısına səbəb olan ən böyük faktorlardan biridir.
Kafein- az miqdarda kafein qəbulu baş ağrısına yaxşı təsir edə bilər. Ancaq miqdarın artması daha böyük problemlər yaradacaq.
Hərəkətsizlik — İsveçdə aparılan araşdırmalar hərəkətsizliyin xroniki ağrılara gətirib çıxara biləcəyini ortaya çıxarıb.

Yuxusuzluq- gündə 6 saatdan az yatanlarda 8 saat yatanlara nisbətən baş ağrısı riski daha yüksəkdir.

Qidalanma — qırmızı şərab, pivə, şokolad, sosis kimi qidalar və içkilər bəzi insanlarda baş ağrısı yarada bilir.

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.