“Məhəbbət alması”nın cinsi fəaliyyətə təsiri

“Məhəbbət alması”nın cinsi fəaliyyətə təsiri
“Məhəbbət alması”nın cinsi fəaliyyətə təsiri

Fransızlar bu tərəvəzi “məhəbbət alması” adlandırırlar. Bu da təsadüfi deyil. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, pomidorun cinsi fəaliyyətin güclənməsinə müsbət təsiri elmi cəhətdən sübut olunub. Həmçinin prostat xərçənginə qarşı mübarizə aparır. Bir sözlə, xoşbəxt cinsi həyat yaşamaq istəyənlər üçün əvəzolunmaz tərəvəzdir.

Pomidoru hər fəsildə yemək olar. Yaz və yay aylarında çiy yediyimiz bu tərəvəzin, qış aylarında turşusundan, tomatından istifadə edə bilərsiniz. Təbii ki, eyni effekti verməyəcək, ancaq hər halda heç yeməməkdən yaxşıdır.

Çünki pomidor yemək üçün heç olmasa 5 yaxşı səbəbiniz var:

Xərçənd xəstəliyi ilə mübarizə aparır

Pomidorun tərkibində likopin var. Tərkibindəki qırmızı rəngli dənələr antioksidantlardır. Onlar hər cür xərçəng xəstəliyi ilə mübarizə aparırlar. Aparılan tədqiqatlar göstərir ki, həftədə iki dəfə pomidor sousundan istifadə edənlərdə xərçəng xəstəliyi riski 36% azalır.

Pomidor beyin insultunun qarşısını alır

Pomidor beyin insultu riskini azaldır. Çünki likopin yağların oksidləşməsini ləngidir. Belə ki, oksidləşmə nəticəsində qan damarlarında tıxanmalar olur və bu da beyin insultu riskini artırır. Əgər qan təzyiqiniz yüksəkdirsə, bol-bol pomidor yeyin.

Pomidor yorğunluğu aradan qaldırar


Pomidorun tərkibində çoxlu vitamin var, o cümlədən E, B6, B3, C, A, K vitaminlər.

C vitamini yorğunluqla mübarizə aparır. İmmun sistemini gücləndirir. Bu tərəvəz həm də qocalığı gecikdirir. Əgər cavan qalmaq istəyirsinizsə, pomidor yeyin.

Arıqlamağa kömək edir

Pomidorun tərkibinin 93 faizi sudur. Buna görə də susuzluğu aradan qaldırır və bədənə az kalori verir. 100 qram pomidorda 17 kalori var. Ona görə də arıqlamaq istəyənlər bu tərəvəzi rahat yeyə bilərlər.

Cavan və gözəl dəri üçün lazımlıdır

Pomidorun tərkibində likopin olduğu üçün hüceyrələrin qocalmasının qarşısını alır. Pomidorun qabığı dərini təmizləyir. Təbii maskalarda bu tərəvəzdən də istifadə edə bilərsiniz. Maska hazırlamağa vaxtınız yoxdursa, pomidorun şirəsini üzünüzə çəkin və ya bir neçə dilimini üzünüzə qoyun və 15 dəqiqədən sonra yuyun.


Redaktə etdi: Bash _BeLasi ッ
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.