Kompüterdə yazı yazmağı dəfələrlə sürətləndirən Dilmanc İmla proqramı istifadəyə verildi

10 Mayıs 2015
2 978
0
Kompüterdə yazı yazmağı dəfələrlə sürətləndirən Dilmanc İmla proqramı istifadəyə verildi
Kompüterdə yazı yazmağı dəfələrlə sürətləndirən Dilmanc İmla proqramı istifadəyə verildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsi şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasını istifadəyə vermişdir. “Dilmanc İmla” Azərbaycan dilində şifahi nitqi avtomatik olaraq yazıya çevirən proqramdır.

Əvvəlki versiyadan fərqli olaraq proqramın yeni versiyası daha keyfiyyətlidir və bu versiyada smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır. Proqramın istifadə qaydası çox sadədir: Həm kompüterə, həm də telefona Dilmanc İmla proqramı yükləndikdən sonra kompüterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompüter və telefon arasında İnternet üzərindən əlaqə yaradılır. Bundan sonra telefon mikrofon kimi istifadə edilə bilər. Kursoru kompüterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, Microsoft Word və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompüterə yazılır. Dilmanc tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından köçürülə bilər (http://dilmanc.az/dilmanc-imla).

Dilmanc layihəsi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən dəstəklənir, layihənin elmi rəhbəri akademik Əli Abbasovdur.


Kompüterdə yazı yazmağı dəfələrlə sürətləndirən Dilmanc İmla proqramı istifadəyə verildiRedaktə etdi_SyamkaKompüterdə yazı yazmağı dəfələrlə sürətləndirən Dilmanc İmla proqramı istifadəyə verildi

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.