Facebook çökdü

04 Eylül 2014
1 290
0
Facebook çökdü
Facebook çökdü


Ötən axşam “Facebook” sosial şəbəkəsində yaranan nasazlıq şirkətə ziyansız ötüşməyib.

Çərşənbə günü dünyanın ən çox istifadə edilən sosial şəbəkəsi “Facebook”a daxil olmaqda problemlər yaranıb. İstifadəçilərin hesablarına daxil ola bilməməsi onları narahat etməyə başlayıb.

Sayta giriş bütün ölkələrdə eyni vaxtda dayanıb. Yaranmış bu problem təkcə istifadəçiləri deyil, şirkətin özünü də məyus edib. Belə ki, sosial şəbəkədə yaranan yarım saatlıq nasazlıq şirkətə yarım milyon dollardan çox ziyan vurub. Bəzi istifadəçilər isə başqa sosial şəbəkə hesablarında “Facebook bağlandı, polisə zəng edin” kimi postlar paylaşıblar.

Qeyd edək ki, belə bir hal iyun ayında da baş vermişdi və şirkət baş verən problemə görə istifadəçilərindən üzr istəmişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.