Allahın "əl-Əhəd" və "əl-Vahid" adlarının mənası

16 Mayıs 2015
3 183
0
Allahın "əl-Əhəd" və "əl-Vahid" adlarının mənası
Allahın "əl-Əhəd" və "əl-Vahid" adlarının mənası




əl-Əhəd sözü tək olan, əl-Vahid sözü isə sayca bir olan deməkdir. Allahın əl-Əhəd adı Qurani-Kərimdə bir dəfə əl-İxlas surəsində zikr edilir. Uca Allah buyurur: “De: “O Allah Təkdir (əl-Əhəd)!” (əl-İxlas, 1).
Allahın əl-Vahid adı isə Qurani-Kərimdə iyirmi iki dəfə zikr edilir. Uca Allah buyurur: “Sizin məbudunuz Tək olan (Vahid) İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir” (əl-Bəqərə, 163).
“De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!"
(əl-Kəhf, 110).
Mihcən ibn əl-Ədrai rəvayət edir ki, bir gün Allah Elçisi - sallallahu aleyhi və səlləm - məscidə girdikdə bir kişinin namazını bitirərkən təşəhhüddə belə dua etdiyini eşitdi: “Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğmayan, doğulmayan, bənzəri olmayansan! Günahlarımı bağışla, şübhəsiz ki, Sən Bağışlayan, Rəhmlisən!”. Allah Elçisi üç dəfə dedi: “Artıq o bağışlandı!” (ən-Nəsəi, 1301).
əl-Əhəd və əl-Vahid olan Allah, ibadət edilməyə layiq olan tək tanrıdır, Onun heç bir şəriki və tayı-bərabəri yoxdur.


redaktə özüme mexsusdu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.