Kişilər bu Qadınları Sevmirlər

07 Eylül 2014
3 034
0
Kişilər bu Qadınları Sevmirlər
Kişilər bu Qadınları Sevmirlər

Bütün kişiləri eyniləşdirmək olmaz, amma demək olar ki, əksəriyyətini bəzi qadın tipləri qıcıqlandırır. Tabloid.az kişilərin xoşlamadığı və uzaqlaşmağa çalışdığı qadın tiplərini araşdırıb.

Baxımsız qadınlar

Saçının boyası axmış, dırnaq boyasının yarısı silinmiş, epilyasiyaya vaxtı-vaxtında getməyən xanımlar kişiləri özlərindən uzaqlaşdırır. Kök, bədəninə qulluq etməyən qadınlar da kişilərin xoşuna gəlmir.

Moda qurbanları

Kişilərin görmək istəmədiyi qadın tiplərindən biri də dəblə uyğunlaşmaq üçün özünə yaraşıb yaraşmadığına fikir vermədən trend olan hər şeyi alıb geyinənlərdir. Ona görə də çalışın öz bədəninizə yaraşan geyimlərə üstünlük verəsiniz.

Kişi kimi qadınlar

Kişilər söyüş söyən, futbol fanatı olan qadınları ciddi qəbul etmirlər. Onlar özlərinə oxşayan bir qadınla birlikdə olmaq istəmirlər. Kişi qadında seksuallıq, zəriflik axtarır.

Heç nədən anlayışı olmayan qadınlar

Belə qadınlar bilgidən qorxurlar. Nə iqtisadiyyatdan, nə siyasətdən, nə də fəlsəfədən anlayışları olur. Bilməməkləri bir yana, heç öyrənmək də istəmirlər. Özünə dəyər verən kişi cahil bir qadınla sevgili olmaz. Ancaq öz eqosunu təmin etmək istəyənlər belə qızlarla əlaqə qura bilərlər. Onda da münasibətdə qadın əzilən tərəf olur. Çünki kişi az da bildikləri ilə daim özünü tərifləyir, qadını isə təhqir edir. Belə kişilərlə qarşılaşmaq istəməyən xanımlar mütləq özlərini inkişaf etdirməldirlər. Bunun üçün mütləq universitetdə təhsil almağa ehtiyac yoxdur. XXI əsrdə yaşayırıq və istənilən bilgini internet vasitəsilə əldə etmək mümkündür. Ona görə də xanımlara tövsiyəmiz “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrdə vaxt keçirməkdənsə, kitab oxuyun. Siyasət, fəlsəfə kimi dünya görüşünüzü inkişaf etdirəcək sahələrdə məlumatlar əldə edin.

Süni gözəllər

Süni kirpik, parik, süni dırnaq, cərrahi əməliyyatlarla gözəlləşən qadınlar da kişiləri cəlb etmir.
Həddidən artıq makiyaj edən qadınlar da kişiləri özlərindən uzaqlaşdırırlar. Kişilər belə qadınlarla vaxt keçirsələr də onları ciddi qəbul etmirlər.

Qısqanc qadınlar

Gündə 10 dəfə zəng edən, sevgilisi bir kafedə və ya restoranda oturanda yanında qız olmadığını sübut etməsini istəyən, kişinin telefonunu yoxlayan qısqanc qadınlar da uzunmüddətli münasibətlərdə uğurlu ola bilmirlər. Çünki belə qadınlar kişilərə bezdirici gəlirlər.

Pul sevən qadınlar

Varlı kişi tapmaq dərdinə düşən qadınlar çox vaxt istədiklərini əldə edə bilmirlər. Kişilər artıq öz ayaqları üzərində dura bilən güclü qadınlarla münasibət qurmağa çalışırlar.


Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.