Səni həyatımdan çox istəyirəm!

25 Mayıs 2015
2 140
0
Səni həyatımdan çox istəyirəm!
Səni həyatımdan çox istəyirəm!
Eşitdim başqa bir fikrə düşmüsən
Bəlkə səhv edirəm, inandır məni
Mən dəyişməmişəm, sən deyişmisən
İnandır eşqini, utandır məni.
Dedim səadətin qədrini bilək
Gözəl arzularla döyünsün ürək
Odlu məhəbbətlə sevib-sevilək

Demədim od olub, gəl yandır məni
İnandır eşqini, utandır məni.
Kimsə sənə gül verir, mənasını bildirir.
Gül aldığın hər zaman, gör gül verən nə deyir.

Çəhrayı gül verirsə, məhəbbətin bildirir,
O, gizli məhəbbəti bu gül ilə bildirir.
Qırmızı gül verirsə, səni sevirəm deyir,
Səninlə əbədilik həyat qurmaq istəyir.
Bənövşəyi verirsə, fikrin ilə yaşayır.

Əgər ağ gül verirsə, onda öpür, ayrılır.
Sarı gülü verirsə, sənə nifrət bəsləyir.
Səni aldatmaq üçün hər an sevirəm deyir.
Məni sevirsənmi? .... Suala bir bax

Əgər sevirsənsə görən hardasan?
Özün öz kefində, bəlkə dardasan?
Dardasansa səslə, gələrəm gülüm
Baxmaram ki, mənə edirsən zülüm

Gecə də, gündüz də qulağım səsdə
Elə bil heç yoxsan sən olan kəs də!
Vəfasızlıq sənə inan yaraşmır,
Saf eşqi olanlar həddini aşmır!

Amma nə olar ki qayıt deyirəm,
Səni həyatımdan çox istəyirəm!
Səninlə gedərəm son mənzilədək
İstərəm səninçün mən də olum tək!

Özüm istəmədən gördüm bu günü,
Neyləyim, olmuşam eşqin düşgünü!
Səni həyatımdan çox istəyirəm!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.