Susdum.

05 Eylül 2014
3 421
0
Susdum.
Susdum.


Danışdım, sus dedilər..
Susdum, cavab gözlədilər..
Ağladım, gül dedilər..
Güldüm, Qəmsiz deyə səsləndilər..
Sev dedilər, hər kəsi sev..
sevdim..Saf bildilər..



Susdum
Qırdılar Ürəyimi bağışla dedilər..
Bağışladım, təkrar-təkrar sancdılar..
Mənimsə bir tək sözümə arxa çevirdilər..
Həyatin qaydası bu, yanılacaqsan, qırılacaqsan, kədərlənəcəksən dedilər..
Amma heç dedirtmədilər. .elə hey dedilər..
Buraxmadılar, mən də deyim içimdəki sızını, sancını, incikliyi..



Susdum
Həmişə dedilər, amma dinləmədilər..
Fikir vermədilər göz yaşlarıma..
Mənsə həmişə susdum. .Susdum..
Bu gün isə artıq dinləsələr də danışa bilmərəm..
Deyəcək sözüm, quracaq cümləm, qoyacaq nöqtəm qalmadı



Susdum
Nə var, nə yox Boğazımda düyümlənildi..Udqundum oradaca qaldı..
Kimsəni qırmamaq idi, üzməmək idi susmamdakı məqsəd..
Amma geriyə dönüb baxdığımda, mən o qədər qırılmışam ki..
Acı bir Gülümsəmə qaldı mənliyimdən geriyə..
Həyatdır, nə deyim axı


redaktə etdi: ۞DreameR۞
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.