▲Son zəng..▲

30 Mayıs 2015
131 378
0
▲Son zəng..▲
▲Son zəng..▲

Dayanın çalmayın sonuncu zəngi!...
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman _GƏL_ deyə o doğma səsdə,
Bir hicran nəğməsi oxunacaqdır.
Zəngçalan nə olar əlini saxla!
Bu şagird önrümü uzat bir az da..
Bu məktəb,bu bina,bax!...Bu divarlar
Mənim olmayacaq zəng vurulanda..
Hələ bir-birindən ayrı düşəcək
Neçə könül dostum,yaxın sirdaşım

O sarıköynəkli,gülə üzlü qız
Daha olmayacaq sinif yoldaşım.
Qoyun bir dəfə də _MƏNİMDİR_ deyə

Sinif otağımı süzüm doyunca.
Tələsmə zəngçalan bunu üçün sənə
Minnətdar olaram ömrüm boyunca.
Çağırsın löhvəyə məni müəllimim
Bir misal versin ki, asan olmasın.
3 saat çalışıb həll edim onu..

Teki arzum budur zəng çalınmasın.
Ürəyim titrəyir yad elədikcə...
Məktəbə getdiyim o ilk çağımı
Arxası çantalı uşaqlığımı

De! burda necə qoyub gedim mən?

Durub cərgə ilə müəllimlərim
Baxırlar üzümə sözü var kimi
Bu doğma, mehriban, şən baxışlara
ƏLVİDA! deməyə dilim gələrmi?!..

Məzunlara gələcək həyatlarında uğurlar arzulayıram..
FEAT.azda məzun varmı?)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.