Doğruluq

16 Haziran 2015
2 352
0
Doğruluq
Doğruluq

http://imgs.su/tmp/2013-09-17/1379418441-321.jpg

Doğruluq
Quran:
«Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.»


Hədis:
Allahın Peyğəmbəri (s): «Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyə edirəm.»
İmam Əli (ə): «Doğruluq – danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır.»
İmam Əli (ə): «Doğruluq haqqın dilidir.»
İmam Əli (ə): «Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər.»
İmam Əli (ə): «Doğruluq, hər şeyin düzgünlüyünün, yalansa hər şeyin fəsadının mayasıdır.»
İmam Əli (ə): «Doğruluq – əmanətə sadiq qalmaq, yalan isə xəyanətdir.»
İmam Əli (ə): «Kişinin dəyəri onun səyi, onun doğruluğu isə insaniyyəti qədərdir.»
İmam Əli (ə): «İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu xeyrinə olan yalandan üstün tutsun.»
İmam Baqir (ə): «Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin»
İmam Sadiq (ə): «Doğruluq izzətdir.»
İmam Sadiq (ə): «Doğru danışanın əməli pakdır.»


Doğru danışan
İmam Əli (ə): «Doğru danışan nicat və alicənablığın astanasında, yalançı isə uçurum və xarlığın kandarında dayanmışdır.»
İmam Sadiq (ə): «İnsanların namazına, orucuna aldanmayın. Çünki bəzən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın.»
İmam Sadiq (ə): «Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir.»

Ən doğru sözlər
Quran:
«Allah, Ondan başqa məbudun olmadığıdır. Şübhəsiz ki, heç bir şəkkin olmadığı qiyamət günü (Allah) sizi bir yerə toplayacaqdır. Allahdan daha sadiq (doğru danışan) kim ola bilər?»
Hədis:
İmam Əli (ə): (ən yaxşı söz barədə suala cavabından) «Allahdan başqa heç bir məbudun olmadığına şəhadət vermək.»
İmam Əli(ə): «Sözlərin ən yaxşısı hal əhlinin sözüdür.»


Tövbə, ayə 119
Tarixe Bağdad, c.11, hədis 82
Ğurərul-Hikəm, hədis 1552
Ğurərul-Hikəm, hədis 275
Ğurərul-Hikəm, hədis 118
Ğurərul-Hikəm, hədis 1115
Ğurərul-Hikəm, hədis 15
Nəhcül-Bəlağə, hikmət 47
Nəhcül-Bəlağə, hikmət 458
əl-Kafi, c.2, səh. 104, hədis4
Biharül-Ənvar, c.78, səh. 269, hədis109
əl-Kafi, c.2, səh. 104, hədis3
Nəhcül-Bəlağə, xütbə 86
əl-Kafi, c.2, səh. 104, hədis2
Əmali-Tusi, səh. 223 hədis 385
Nisa, ayə 87
Biharül-Ənvar, c.77, səh.378, hədis 1
Ğurərul-Hikəm, hədis 3302


r.t..Zemichka

http://imgs.su/tmp/2013-09-17/1379418441-321.jpg
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.