Quran və ya Ya-Sin oxuyub, çox adamın ruhuna hədiyyə etmək olarmı?

17 Haziran 2015
3 725
0
Quran və ya Ya-Sin oxuyub, çox adamın ruhuna hədiyyə etmək olarmı?
Quran və ya Ya-Sin oxuyub, çox adamın ruhuna hədiyyə etmək olarmı?


Quran və ya Ya-Sin oxuyub, çox adamın ruhuna hədiyyə etmək olarmı? Yoxsa gərək yalnız bir nəfər ölüyə oxunsun?

Quranı və ya onun hər hansı surəsini, ayəsini oxuyub, savabını mərhum şəxsin ruhuna hədiyyə etmək olar. İslam.az-ın məlumatına əsasən, bu zaman əsas olan niyyətdir. Yəni Quran oxuyan adam əvvəlcə kimin ruhuna hədiyyə etdiyini müəyyənləşdirməli və Quran oxuduğu müddətdə də bu niyyətdə qalmalıdır. Quranı həm təkcə bir nəfərin ruhuna hədiyyə etmək olar, həm də çox adamın. Bu zaman mərhumların sayı, yaşı, cinsi fərq etməz.

Namaz zamanı adamın bədəni (məsələn, ayağı) qaşınarsa, nə etməlidir?

Namaz zamanı əlavə hərəkətlər etmək bəyənilmir. İslam.az-ın məlumatına görə, əgər zərurət olarsa, namaz halını pozmayacaq dərəcədə bəzi hərəkətlər etmək olar. Məsələn, bədəni qaşımaq olar. Amma diqqət yetirmək lazımdır ki, əlavə hərəkətlər o qədər ardıcıl və davamlı olmasın ki, kənardan baxanda adamın namaz halından çıxdığını düşünsünlər. Həm də bu zaman qibləni qorumaq şərtdir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.