Qaytarın mənə

18 Haziran 2015
1 104
0
Qaytarın mənə
Qaytarın mənə

http://i.hizliresim.com/zE8RvB.gif

Hələ ki,ömürdən aparır illər.
Qaytarın,dözümü qaytarın mənə,

Yudu torpağımdan izimi sellər
Qaytarın,izimi qaytarın mənə.

İl ilə qovuşur,həsrət sovuşmur,
Xırda sevinclərə əlim yovuşmur
Yerlə göy qovuşur,Vətən qovuşmur
Qaytarın,özümü qaytarın mənə.

Qapını bağladıq damdan girdilər,
Yurdumu yadlara peşkək verdilər,
Bəsdir gözlərimə kül üfürdülər,
Qaytarın,gözümü qaytarın mənə.

Söz dedim dağlardan qayıtdı sözüm,
Yadlar tapdağında şumlandı düzüm,
Mənim Qarabağda qalıbdır gözüm,
Qaytarın,gözümü qaytarın mənə.

Müəllif:Nüsrət Kəsəmənli.

r.t..Zemichka

http://i.hizliresim.com/zE8RvB.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.