Xəstə şəxsin oruc qəzası
Xəstə şəxsin oruc qəzası
Sual 209: Ramazan ayı və onun qəza orucunu xəstəlik səbəbindən bir neçə il tuta bilməyən şəxsin vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Sağaldığı il əgər növbəti ramazana qədər qəza etmək qədərində vaxt olarsa, gərək axırıncı dəfə qəzaya verdiyi ilin qəzasını tutsun. Keçmiş illərin qəzası lazım deyil və yalnız hər gün üçün yoxsula bir müdd təam verilməlidir.