Hacətlərinizin həyata keçməsini istəyirsinizmi?

22 Haziran 2015
2 664
0
Hacətlərinizin həyata keçməsini istəyirsinizmi?
Hacətlərinizin həyata keçməsini istəyirsinizmi?

Hacətlərinizin həyata keçməsini istəyirsinizmi?

Hacətlərinizin həyata keçməsini istəyirsinizmi?

Hər duadan əvvəl belə deyin

Əbu Dərda Həzrət Peyğəmbər (s)-dan nəql etmişdir ki, Həzrət belə buyurub: "Allah-təalanın səkkiz adı vardır ki, o adlar (İlahi) ərşin (aşağı hissəsi), günəşin qəlbi, Cənnətin qapısı və "Tuba" ağacına yazılmışdır. Hər kəs duadan əvvəl onları deyərsə, duası qəbul olar.
"Ya Daimu, Ya Həyyu, Ya Vitru, Ya Fərdu, Ya Əhədu, Ya Qəviyyu, Ya Qədimu, Ya Qadir."

Hacətlərin həyata keçməsi sirlərindən biri

Hacəti olan şəxs Həzrəti Fatimeyi-Zəhraya (s.ə) hədiyyə olaraq iki rukət namaz qılıb onun qunutunda bu duanı oxuyarsa, hacətinin həyata keçməməsi qeyri mümkündür. Dua belədir:
"Əllahummə biFatimətə və əbiha və biFatimətə və bəliha və biFatimətə və bəniha. BiFatimətə vəs-sirril-mustəvdəi ələyha. İqzi hacəti. Və səlləllahu əla Muhəmmədin və ali Muhəmməd.

Zəruri hacətlərin həyata keçməsi üçün oxunan dua

İmam Cəfər Sadiq (ə) buyurub:
Hər kəsin mehriban Allahdan həyata keçməsini istədiyi zəruri bir hacəti olarsa, evin damına çıxıb, iki rukət namaz qılsın və daha sonra 100 dəfə belə desin:
"Ya Cəbrəilu ya Muhəmmədu əntuma kafiyayə fəkfiyani və əntuma hafizayə fəhfizani və əntuma kalisayə fəəklisani."
Belə əməl etdikdə, hacətinin həyata keçməsi Allaha vacib və haqq olar.

Məsləhətli hacətin həyata keçməsi üçün oxunan dua

Bunun üçün iki rukət namaz qıldıqdan sonra 101 dəfə "Əstəğfirullahə birəhmətihi xiyərətən fi afiyəh" duasını deyib o işin ardınca gedirsən ki, Allah-təala məsləhət bildikdə həyata keçəcəkdir.

Hər bir hacətin həyata keçməsi

Deyilənə görə hər kəs "Ayətəl-kursi"ni suya oxuduqdan sonra onunla yuyunub iki rukət namaz qılaraq bir dəfə "Həmd" surəsi və bir dəfə "Ayətəl-kürsi"ni oxuyarsa, hər hansı bir arzusuna nail olar, İnşAllah.

Hacətlərin həyata keçməsi və qələbə çalmaq üçün ayə

Deyilənə görə hər kəs çərşənbə günü "Həşr" surəsinin 22-ci ayəsini 70 dəfə oxuyarsa, hacətləri həyata keçər. Varlı və hörmətli olar.
"Huvəllahul-ləzi la ilahə illa huvə alimul-ğəybi vəş-şəhadəti huvər-rəhmanur-rəhim."

İstəyinizin həyata keçməsi üçün oxunan ayə

Birinə hacəti olub, hacətinin həyata keçməsini istəyən şəxs bu ayəni 3 dəfə sağ əlinə oxuyub əlini yumaraq o şəxsin yanında əlini açarsa, istəyi həyata keçər İnşAllah.
"Vəylun likulli əffakin əsim. Yəsməu ayatillahi tutla ələyhi summə yusirru mustəkbirən kanə ləm yəsməha. Fəbəşşirhu biəzabin əlim. Və iza əlimə min ayatina şəyən ittəxizuha huzuvən ulaikə ləhum əzabun muhin."

Dəfələrlə təcrübə olunmuş hacət namazı

Bunun üçün ehtiyac vaxtında iki rukət namaz qılmaq lazımdır. Belə ki, birinci rukətdə "Həmd" surəsindən sonra "İnna fətəhna" surəsini "Nəsrən əziza" ayəsinədək, ikinci rukətdə isə "Həmd" surəsindən sonra "İnşirah" surəsini sonadək oxumaq və daha sonra öz hacətini Allahdan istəməlidir.

Ayrı bir hacət namazı

Bunun üçün iki rukət namaz qılıb, Həzrət Fatimə (s.ə)-nın təsbihini desin. Və daha sonra səcdəyə gedərək 220 dəfə "Və zən nuni iz zəhəbə muğazibən... ayəsini oxuyub, səcdə halında öz hacətini Allahdan istəsin.

Hər bir hacətin həyata keçməsi


Hər kəs üç gecəyədək yəni altı gecədən üçn gecəni bir gündən bir oxuyaraq üçüncü gecənin son üçdə bir hissəsində qəlbi hazırlıqla əllərini qaldırıb, hər gecədə 10124 dəfə "Ya Basit" sözünü deyərsə, hacəti və xüsusi ilə yaşayışında olan istəkləri həyata keçər. Deyilənə görə bu əməl dəfələrlə təcrübə olunmuşdur.



Hacətlərinizin həyata keçməsini istəyirsinizmi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.