Zoğalın faydaları

24 Haziran 2015
12 444
0
Zoğalın faydaları
Zoğalın faydaları

Zoğal çox faydalı giləmeyvədir.Çox qədim zamandan zoğal öz faydalı xüsusiyyəti ilə tanınır.
Zoğal C vitamini ilə zəngindir bu meyvədə olan C vitamini sitrus meyvələrində olduğundan daha çoxdur.Məhz bu səbəbdən qədim zamanda dişlərin tökülməsinə səbəb olan sinqa xəstəliyi ilə mübarizədə zoğalada geniş istifadə olunub.
Zoğal həmçinin bağırsaqları yığan təbii dərman vasitəsi kimi də tanınır.Zoğal kanpotu,zoğal mürəbbəsi,zoğal meyvəsinin dəmləməsi ishal zamanı istifadə olunur.
Belə dəmləmənin hazırlanması 1 xörək qaşığı zoğal qurusu və ya 2 xörək qaşığı təzə zoğal meyvəsini 1 stəkan qaynar suda 1 saat saxlayıb və gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Zoğal iştahanı artırır,qıcqırmanı azaldır həzm prosesini yaxşılaşdırır,ödqovucu təsirə malikdir.
Həmçinin təzyiqi yaxşılaşdırır, pis xolestirinin səviyəsini aşağı salır,qanı yaxşılaşdırır, şəkərli diabetli xəstələrdə şəkərin miqdarını normallaşdırır,həmçinin mədəaltı vəzinin fəaliyyətini normallaşdırır.

Zoğalın tərkibində olan ritum maddəsi həmçinin damarları və kapiliyarları möhkəmləndirir onların elastikliyini bərpa edir.Damar xəstəliyindən əziyyət çəkən insanlar bu meyvədən tez-tez istifadə etməlidir.

Zoğal iltihab,bakteria,virus əlehinə təsirə malikdir.İmmun sistemini artırır.Qrip,boğaz ağrı,qızdırma zamanı zoğal mürəbbəsi çox faydalıdır.

Zoğal həmçinin sidikqovucu təsirə malikdir,bunun üçün zoğalın yarpaqlarından dəmləmə kimi istifadə etmək məsləhət görülür.
Damaq xəstəlikləri,ağız içi yaralar zamanı zoğal yarpağının dəmləməsi çox fayadlıdır.
Zoğal orqanizimdə gedən maddələr bübadiləsini yaxşılaşdırır,piylərin tez parçalanmasına kömək edir.

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.