Hardan Ürəyimə Doldu Bu Sevda

29 Haziran 2015
4 682
0
Hardan Ürəyimə Doldu  Bu Sevda
Hardan Ürəyimə Doldu  Bu Sevda
Hardan Ürəyimə Doldu  Bu Sevda
Oldum yollarında eşqin əsiri
Yandırdın bağrımı sən diri-diri
Baxanda gözümə titrək qəlbimi
Saldı kəməndinə caldı bu sevda
Hardan Ürəyimə doldu bu Sevda ?

Məhəbbət oyun döy atıla ki zər
Şeş qoşa kiminsə bəxtinə düşər
Ehh eşq vardır Aya,ulduza bənzər
Bax onda parlayıb yandı bu Sevda
Hardan Ürəyimə doldu bu Sevda ?



Nələr ürəyimdən kecdi darıxdım
Dilim topuq caldı nəsə karıxdım
Hicran yollarına Vüsalla baxdım
Həsrəti yox etdi yaxdı bu sevda
Hardan Ürəyimə doldu bu Sevda ?

Nüsrət Kəsəmənli yazıbdır əzəl
Sözləri qiymətli kəlamdı gözəl
Sevgi şailəri şeir ya qəzəl
Yazdı sətirlərə boldu bu sevda
Hardan Ürəyimə doldu Bu Sevda ?


Seymur da çəşmə tək coşub cağlayar
Məcnun nə karədi yanımda ey yar ?
Məni mənim təki duyub anlayar
Amma sözlərimi yozdu bu sevda
Hardan Ürəyimə doldu bu Sevda ?
Hardan Ürəyimə Doldu  Bu Sevda


Müəllif : SEYMUR SÖNMƏZHardan Ürəyimə Doldu  Bu Sevda
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.