Qızım utanıram kəndə qayıtma

01 Temmuz 2015
3 815
0
Qızım utanıram kəndə qayıtma
Qızım utanıram kəndə qayıtma
Qızım utanıram kəndə qayıtma
Bu nə vid-fasondur? Eyibdir-eyib

Qızım, utanıram, kəndə qayıtma.

Avropanın cırıq şalvarın geyib,

Qızım, utanıram, kəndə qayıtma.

Pəhriz saxlamağın qəlbimi dəlib,

Acından ölürsən, belin incəlib,

Qara gözlərinə yaşıllıq gəlib,

Qızım, utanıram, kəndə qayıtma.


Şəhərə gedəndən olmusan gəlin,

Qoyunun yunutək qıvrılıb telin,

Russan, azərisən bilinmir dilin,

Qızım, utanıram, kəndə qayıtma.

Yanağın boyanıb, dodağın şişib,

Zaqar eyləmisən, dərin dəyişib,

Sırğan da burnuna gəlib ilişib,

Qızım, utanıram, kəndə qayıtma.



Açıqdı kürəyin, açıqdı sinən,

Bu qədər də çılpaq gəzərmi zənan?

Beləmi geyinib əvvlər nənən?!

Qızım , utanıram, kende qayıtma.
Qızım utanıram kəndə qayıtma
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.