Yaddaşı möhkəmləndirməyin 10 yolu

03 Temmuz 2015
2 467
0
Yaddaşı möhkəmləndirməyin 10 yolu
Yaddaşı möhkəmləndirməyin 10 yolu


Deyilənə görə, iti yaddaşa sahib olmaq çox zaman təbiətdən gəlir. O da bildirilir ki, pis yaddaş düzələ bilməz. Əslində isə yaddaşı möhkəmləndirməyin çox yolu var. Bunlardan 10-u barədə söhbət açaq.

1. Maraqlanmaq - səy göstərmək.

Biz hamımız maraq göstərdiyimiz hər şeyi yadda saxlayır və bizi darıxdıran bir çox məqamları unuduruq. Məsələn, məktəbli oğlanlar futbol matçlarının nəticələrini asanlıqla yadda saxladıqları halda, tarixdə olan hadisələrin dəqiq illərini unutmamaq üçün, sözün əsl mənasında, mübarizə aparırlar. Bəs, vəziyyətdən çıxış üçün neyləməli? İlk növbədə yadda saxlamaq istədiyiniz şeyə çox maraq göstərib bütün fikrinizi ona yönəltməyiniz zəruridir. Bacardıqca çox sual vermək yaddaşı möhkəmləndirməyin yollarından biridir.

2. Təkrar.

Bir şeyi qısa müddətə yadda saxlamağın ən optimal yolu təkrardır. Məsələn, bir neçə saniyəyə telefon nömrəsini hafizənizə yazmaq üçün rəqəmləri hissələrə bölmək və qruplaşdırmaq məqsədəuyğundur.

3. Düşüncədə təsvir.

Nəyisə yadda saxlamağın növbəti yolu onu vizual olaraq canlandırmaqdır. Məsələn, hər hansı xarici dildə olan sözü yadda saxlamaq üçün onun ana dilində kəsb etdiyi mənası ilə əlaqələndirib beynində onun təsvirini verə bilərsiniz.

4. Əhvalat uydurmaq.

Uzun bir siyahını yaddaşınıza həkk etmək üçün elə bir əhvalat uydurmaq lazımdır ki, yadda saxlamaq istədiyiniz hər bir element onun daxilində yer alsın.

5. İdeyalar qurmaq.

Yaxşı təşkil olunmuş qeydərin aparılması vacibdir. Əmin olun ki, fikrinizdə tutduğunuz hər hansı bir şey sizə tam aydındır. Əgər belə deyilsə, bunu anlayanadək suallar verin.

6. Motsartı dinləmək.

Bir çox mütəxəssislər klassik musiqiyə, xüsusən də Motsarta qulaq asmağın yaddaşı möhkəmləndirdiyi qənaətindədirlər. Amma rok musiqisi həmin effekti vermir.

7. Əqli çalışmalar.

Əgər vaxtından öncə yaddaşınızı itirmək istəmirsinizsə, o zaman beyninizi çalışdırın. Çoxlu tapmacar, krossvordlar və məntiqi çalışmalar yaddaşın möhkəmləndirilməsində olduqca faydalıdır.

8. İdman.

İdman da öz növbəsində yaddaş üçün çox vacibdir. Çünki o, ürəyin fəaliyyətini artırır və beyinə daha çox oksigenin daxil olmasını təmin edir. Bu isə beyinin daha səlist işləməsinə gətirib çıxarır. İdman həmçinin yaddaş üçün zərərli sayılan stressi də azaldır.

9. Düzgün qidalanmaq.

Balıq məhsulları və zeytun yağı yaddaşı inkişaf etdirir. C, E, B vitaminləri də beyinin iş əmsalının yüksəlməsi baxımından xeyirlidir.

10. Qəhvə.


Bir fincan qəhvə fikirləri cəmləşdirməyə kömək edir. Əgər qəhvə xoşlamırsınızsa, narahat olmayın. Çünki mütəxəssislərin rəyincə, saqqız çeynəmək də eyni təsirə malikdir.

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.