Utanıram

03 Temmuz 2015
2 190
0
Utanıram
Utanıram

Üzünə günəş dedim,
Günəşdən utanıram.
Nəfəsinə meh dedim,
Küləkdən utanıram.
Utanıram


Utanıram özümdən,
Yalvardığım sözümdən.
Ümidimdən,arzumdan.
Diləkdən utanıram.
Utanıram


Dünyada təksən,dedim
Mənə gərəksən,dedim,
Sənə mələksən dedim,
Mələkdən utanıram.
Utanıram


Qönçə ikən üzdüyüm,
Saçlarına düzdüyüm,
Çəmənlərə nə deyim,
Çiçəkdən utanıram
Utanıram
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.